Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / GƏNC YAZAR SEYMUR SÜLEYMANOV QHT TƏSİS ETDİ

GƏNC YAZAR SEYMUR SÜLEYMANOV QHT TƏSİS ETDİ

Bu gün yeni Qeyri Hökümət Təşkilatı təsis edilib.  “Çağdaş Gənclik” İctimai Birliyi  adlanacaq  yeni təşkilata gənc yazar Seymur Süleymanov rəhbərlik edəcək. Bu barədə məlumatı Azinforum.az-a Seymur Süleymanovun özü verib. Təsisçinin sözlərinə görə, ”Çağdaş Gənclik” İctimai Birliyinin fəaliyyətinin məqsədi gənclərin dövlətə,vətənə,xalqa,torpağa, sədaqətini artırmaq, milli mənlik şüurunu inkşaf etdirmək, milli qürur hisslərini daha da gücləndirmək, dövlətin gənclər siyasəti prosesində fəal iştrakını, orduda xidmətə marağını və həvəsini artırmaq, Azərbaycan tarixinin öyrənilməsində dəstək verməkdən  ibarət olacaq:

“Biz eyni zamanda, Azərbaycan haqqında dünya ictimaiyyətində müsbət imicin formalaşmasına yardım göstərməyə çalışacayıq”.
Seymur Süleymanov bildirdi ki, “Çağdaş Gənclik ” İctimai Birliyi dövlət qeydiyyatına alınması üçün yaxın vaxtlarda Ədliyyə Nazirliyinə müraciət edəcəkdir.

AZİNFORUM.AZ

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın