12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə Bakı Gənclər Mərkəzi daha bir maraqlı layihə ilə istedadlı gəncləri bir araya topladı.
Gənc ifaçıların iştirakı ilə Eurovision” mahnı müsabiqəsinin simulyasiyasının nümayişi keçirildi.
Mahnı müsabiqəsində 9 ölkənin müxtəlif illərdə çıxışlarının ifaları, rəqs performansları, eləcə də həmin ölkələr haqqında təqdimatlar nümayiş olunub.
Canlı ifalarla iştirakçılar Avrovizya atmosferini dolu-dolu hiss ediblər.

Musiqilərlə yanaşı möhtəşəm rəqs performansları nümayiş olunub.
Tədbirdə millət vəkili Jalə Əhmədova, incəsənət nümayəndələri, media nümayəndələri və gənclər iştirak ediblər.
1-ci yer Azərbaycan -Always
2 -ci yer Norveç – Fairyrale
3-cü yer Litva – Stay
4-cü yer Böyük Britaniya – I wrote a song
5-ci yer İsveç- Euphorıa
6-cı yer İsveçrə – Watergun
7- ci yer – Niderland – Arcade
8-ci yer Kipr – Replay
9-cu yer Türkiyə – Bir dərdim var ifası ilə layiq görülüblər.
Qeyd edək ki, qaliblər canll olaraq tamaşaçıların səsverməsi yolu ilə seçiliblər.
