Çərşənbə , May 22 2019
Ana səhifə / Cəmiyyət / Gənc hüquqşunas vəkil andı içdi – FOTO

Gənc hüquqşunas vəkil andı içdi – FOTO

İyulun 19-da  Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, millət vəkilləri, xarici ölkələrin səfirləri, yerli və beynəlxalq təşkilatların, həmçinin, KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

VK-nın sədri Anar Bağırov tədbirdə açılış nitqi ilə çıxış edərək qeyd edib ki, hüquqi dövlətdə vəkillik təsisatının rolunun məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər baxımından böyük əhəmiyyəti var.

A.Bağırov tədbir iştirakçılarına VK-nın cari fəaliyyəti barədə məlumat verib, xüsusilə vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanları və bu imtahanlar nəticəsində VK-nın üzvlərinin sayının 1500-ü ötdüyünü bildirib:

“Azərbaycanda vəkillərin sayı xeyli artıb və artmaqda davam edir. Bu, onu göstərir ki, Azərbaycanda vəkilliyə böyük həvəs və maraq var”.  A.Bağırov bildirib ki, əgər üç ay bundan əvvələdək 10 min nəfərə 9 vəkil düşürdüsə, indi 15 nəfər vəkil düşəcək: “Ötən ilin sonunda Azərbaycanda cəmi 920 vəkil var idisə, bu gün onların sayı 1500-dən çoxdur. Yəni bu gün daha 264 vəkilliyə namizədin and içməsi ilə bu rəqəm 1500-ü keçəcək”.

Sədr qeyd edib ki, vəkilliyə böyük həvəs var: “Gənclər vəkil olmaq üçün böyük həvəs göstərirlər. Bu da ölkədə vəkilliyin gücünün artması ilə bağlıdır. Vəkillik təsisatının tarixində yeni inkişaf mərhələsi yaşanır. Əvvəllər nisbətən yaşlı insanlar vəkil olmaq istəyirdilərsə, indi gənclərin vəkilliyə böyük marağı və həvəsi müşahidə olunmaqdadır. Elə 264 nəfərin 82 faizini 40 yaşa qədər olanlar təşkil edir. Bununla yanaşı, vəkilliyə maraq göstərənlər arasında hüquq-mühafizə orqanlarında çalışan insanlar-müstəntiqlər, prokurorlar da var. Bu, vəkilliyin necə də önəmli peşə olduğuna daha bir nümunədir. Həmçinin, Rəyasət Heyətində təmsil olunmaq istəyən elm adamlarımızın, hüquq elmləri doktorlarının sayında bir artım var. Onlar bizə Rəyasət Heyətində təmsil etmək üçün müraciət ediblər və hazırda Rəyasət Heyətində 6 nəfər hüquq elmləri doktoru var”.

Azinforum.az olaraq bildiririk ki, vəkilliyə qəbul edilənlər  sırasında gənc və perspektivli hüquqşunas olan  Tumasov Vüqar Əjdər oğlunun  da var. Bu şərəfli adı qazanması münasibətilə gənc vəkilimizi təbrik edirik, ona gələcək fəaliyyətində uğur və müvəfəqiyyətlər arzulayırıq.

Almaz Səfərli,

Azinforum.az

Həmçinin oxuyun

Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq

Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə …