Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Cəmiyyət / Gənc azərbaycanlı rejissorun filmi Türkiyədə mükafat qazanıb

Gənc azərbaycanlı rejissorun filmi Türkiyədə mükafat qazanıb

Gənc azərbaycanlı rejissorun filmi Türkiyədə əsas mükafata layiq görülüb.

ONA-nın məlumatına görə, Gənc Sinemaçılar Klubunun üzvü rejissor Orxan Ağazadənin “Oturacaqlar” filmi Türkiyədə keçirilən “VII Changing Perspectives” Qısa Film Festivalının əsas mükafatı olan “Potluck” mükafatına layiq görülüb.

Azərbaycan və İngiltərənin birgə istehsalı olan “Oturacaqlar” filmi keçmişin, köhnəlmiş ənənələrin yükünü daşımağa məcbur qalan insanlardan bəhs edir.

Filmdə Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, İskəndər Abbasov və başqaları çəkiliblər.

Gənc azərbaycanlı rejissorun filmi Türkiyədə mükafat qazanıb | Foto qalereya
Gənc azərbaycanlı rejissorun filmi Türkiyədə mükafat qazanıb | Foto qalereya

Həmçinin oxuyun

AMEA-da struktur dəyişiklikləri olub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Elmi Şuranın iclası keçirilib. Akademiyadan “Report”a verilən məlumata görə, …