Ana səhifə / Cəmiyyət / GƏNCƏNİN YENİ PUL YIĞANI KİMDİR?

GƏNCƏNİN YENİ PUL YIĞANI KİMDİR?

Gəncə şəhər icra hakimiyyətində yeni dəyişiklik olub, “Azad” adlı şəxs Gəncəyə baş memar təyin olunub!
Çox da uzaq olmayan keçmişdə Göygöl rayonunun bələdiyyə sədrini döydüyünə görə işdən uzaqlaşdırılan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Məharət Mustafayevin verdiyi pay torpaqları təzədən hərraca çıxarılıb. Gəncə şəhərinə yeni təyin olunmuş Azad adlı baş memar Məharət Mustafayevin işdən uzaqlaşdırılmasından istifadə edərək, onun satdığı pay torpaqlarını yenidən satılığa qoyub. Gəncə şəhər “Avtozavod” qəsəbəsində satılan bütün pay torpaqlarının sahiblərindən, verilmiş pay torpaqlarının sənədlərinin düzgün olmaması bəhanəsi ilə, yenidən sənəd almaları tələb olunur. Bunların baiskarı isə Azaddır.

Azadın Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə çox yaxın adam olduğu bildirilir. Necə deyərlər, ona “Elmar Vəliyevin pulyığanı” da demək olar. Deməli, bütün pay torpaqlarından pul yığılırsa, bu pul da birbaşa Elmar Vəliyevə gedir.
Bununla o qənaətə gəlmək olar ki, Elmar Vəliyev bir torpağı ən azı iki dəfə satdırır və hər iki dəfəsində pulu özünə çatır.

Məsələ ilə bağlı Elmar Vəliyevlə əlaqə saxlamağa çalışdıq. Bir neçə dəfəlik cəhddən sonra Elmar Vəliyevlə danışa bildik. O, belə də dedi: “Mən jurnalistlərlə danışmıram.” Bizə isə belə demək qalır: “Siz jurnalistlə danışmayın, amma suallara cavab verin!”
Məsələ diqqətimizdə olacaq. Görəsən, Azadın Elmar Vəliyevin adı ilə yığdığı pullar hara gedir?(xural.com)

Həmçinin oxuyun

Kamran Əliyev təqaüdə göndərildi, bəs 73 yaşlı Ramiz Zeynalov?

“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun təqaüdə gedib-getməməsi məsələsi çoxdan …

Bir cavab yazın