Çərşənbə , İyun 26 2019
Ana səhifə / Cəmiyyət / Gəncənin icra başçısı özünə yeni köməkçi təyin edib

Gəncənin icra başçısı özünə yeni köməkçi təyin edib

Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov özünə yeni köməkçi təyin edib.

“Report”un Qərb bürosunun məlumatına görə, bu vəzifəyə bundan əvvəl də N.Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı olduğu dövrdə onun köməkçisi işləmiş Kamran Məhərrəm oğlu Məhərrəmov gətirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş icra başçısı Elmar Vəliyevin köməkçisi işləmiş Tural Yaşar oğlu Hacızadə isə ŞİH başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin olunub.

Həmçinin oxuyun

Polis Bakının Nərimanov rayonunda reyd keçirib – VİDEO

Paytaxtın Nərimanov rayonu ərazisində rayon Polis İdarəsi və İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ictimai qaydanın …