Şənbə , Yanvar 23 2021
Ana səhifə / Cəmiyyət / Gəncədə evində 40 uşağı dini təriqətə qanunsuz cəlb edən şəxs saxlanılıb

Gəncədə evində 40 uşağı dini təriqətə qanunsuz cəlb edən şəxs saxlanılıb

Gəncə şəhəri, Nizami rayon sakini 1972-ci il təvəllüdlü Ədalət Sarıyev dini təriqəti qanunsuz yaydığına görə saxlanılıb.

Araşdırma zamanı onun xristian yönümlü “Şərqdə ulduz” təriqətini təbliğ etdiyi məlum olub. Ə.Sarıyevin evində bu təriqətə qoşulmuş 100-ə yaxın şəxs müəyyən edilib. Onlardan 40-ı azyaşlılardır.

Ə.Sarıyev haqqında toplanan materiallar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Qeyd edək ki, yerli KİV-də yer alan məlumatlara əsasən, “Şərqdə ulduz” xristian yönümlü dini icmasına Almaniyadan maliyyə dəstəyi gəlir.

Həmçinin oxuyun

Polad Bülbüloğlu atasının Şuşadakı evində – FOTOLAR

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Şuşaya səfər edib. …