Şənbə , Sentyabr 22 2018
Ana səhifə / Cəmiyyət / “Gəlinləri elə bəzəyirlər ki, bəy tanımır…” – Fotolar

“Gəlinləri elə bəzəyirlər ki, bəy tanımır…” – Fotolar

Əməkdar artist Röya Ayxan instaqram səhifəsində müzakirələrə səbəb olan paylaşım edib. O,son zamanlar xüsusi effektlərdən istifadə edərək şəkil çəkdirən xanımlar barədə şərh bildirib.  

“Qafqazinfo” xəbər verir ki, müğənni effektlərin simanı təmiz dəyişdiyini, şirinliyi yox etdiyini söyləyib. Bundan əlavə, sənətçi toylarda gəlinlərin çox makiyaj etməsini də tənqid edib:

“Fotolara diqqət yetirin. Biri effektli, digəri isə normal canlı şəkillərdir. Yəni demək istədiyim odur ki, effekt simanın şirinliyini aparır.  Sizə bir misal çəkim ki, güləsiz. Gəlinləri hərdən o qədər bəzəyirlər ki, bəy səhər duranda “İlahi, bu nə idi” deyir. Bəlkə də, gözəl qadın olmazsan. Amma xanımın şarmı və danışan gözləri ola bilər. Amma o gecə makiyaja görə bu gözəlliyi bəy görə bilməyib”.


v

Həmçinin oxuyun

Neftçilər Xəstәxanasının baş direktoru istefa verib

Mәrkәzi Neftçilәr Xәstәxanasının (MNX) baş direktoru Hikmәt Hәsәnov işdәn çıxıb. Bu barədə “Sputnik Azərbaycan”a Səhiyyə …