Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Cəmiyyət / Gəlin gecə evdən qaçdı – Video

Gəlin gecə evdən qaçdı – Video

Şəki rayonunun Baş Zəyzid kənd sakini Aygün Mustafayeva gecə saatlarında evdən qaçıb.

“ Azinforum.az ” Xezerxeber.az-a istinadən xəbər verir ki, kənd sakini 29 yaşlı Pərviz Abdullayev 6 il əvvəl 23 yaşlı Aygün Mustafayeva ilə ailə həyatı qurub. Onlar bu müddət ərzində Baş Zəyzid kəndində yaşayıblar. Aprelin 26-da gəlin həyat yoldaşı ilə birlikdə ərinin əmisinin evinə qonaq gediblər.

Gecə də orada qalmalı olublar. Gecə saatlarında gəlin Aygun Mustafayeva əşyalarını da götürüb, ailə üzvləri şübhələnməsin deyə, paltarın üstündən yataq paltarlarını geyinərək həyətə çıxıb. Ev sahibi Ələddin Abdullayev deyir ki, həyətdən səs gəlib, gəlinin əri Pərvizi oyadıb. Məlum olub ki, Aygün Mustafayeva üstdən geyindiyi paltarları cıxarıb, həyətin aşağı hissəsinə atıb və çəpərdən keçərək naməlum istiqamətdə gedib.

Gəlinin qayınatası İsa Abdullayev bildirib ki, onların rəsmi nikahı olmayıb. Onun hansı istiqamətə getdiyi məlum deyil. O bildirib ki, Aygünün valideynləri də boşanıb.

Hadisə ilə bağlı Şəki rayon polis şöbəsinə müraciət olunub. Faktla baglı araşdırma aparılır.

Həmçinin oxuyun

Çoxuşaqlı ailələrin sayı niyə azalır? – Videosorğu

Azərbaycanda çoxuşaqlı ailə modeli tarixə qovuşmaq üzrədir. Ölkədə doğulan uşaqların sayı, eləcə də ailədə 3, …