Şənbə , Fevral 24 2024
Ana səhifə / Cəmiyyət / “Gələn il sağ qalsam, böyük bir…”

“Gələn il sağ qalsam, böyük bir…”

“Konsertimdə mənəviyyatını qoruyub saxlayan ziyalılar iştirak etdi…”

“Belə qənaətə gəldim ki, həyatda öz millətim və dövlətim üçün boş yerə yaşamamışam”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Yalçın Rzazadə noyabrın 15-də Heydər Əliyev Sarayında yaradıcılığının əlli illiyinə həsr olunmuş konsertindən danışarkən Moderator.az-a açıqlamasında deyib. Xalq artisti bildirib ki, hər şey çox yüksək səviyyədə təşkil edilib:

“Konsert sənət fəaliyyətimin əlli illiyinə həsr olunmuşdu. Özümü bir daha sözün həqiqi mənasında xoşbəxt hiss etdim. İlk olaraq dövlətimizə minnətdarlığımı bildirirəm. Mənim üçün çox böyük işlər gördülər. Səhnədə hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Ürəyim istəyən yaşlı və gənc sənət dostlarım məni təbrik etdilər. Zalda tamaşaçı əlindən yer yox idi, çox insanlar ayaq üstdə qaldılar. Konsertimdə öz mənəviyyatını qoruyub saxlayan ziyalılar iştirak edirdi. Belə düşündüm ki, həyatda öz millətim və dövlətim üçün boş yerə yaşamamışam. Əlli il mənim üçün bir nəticə idi. Səhnədə üç tələbəm yüksək səviyyədə çıxış etdilər. Həmişə narahat idim ki, bu əlli ildə nəsə etmişəmmi? Konsertin nəticəsi mənə həyatı daha çox sevdirdi. Sənətkarlar hər biri öz tarixini yaradır və onlar həyatdan getdikdən sonra sənətləri daim yaşayır. Çox xoşbəxtəm ki, bu sözlər mənim üçün də deyilir. İstəyirəm ki, daha çox yaşayam. Tamaşaçılara söz verdim ki, gələn il sağ qalsam, böyük bir konsert verəcəm”.

Həmçinin oxuyun

SOCAR-ın keçmiş vitse-prezidenti niyə və kimin qəzəbinə gəldi? – VİDEO

Ötən həftə Xəzər TV-də Bakının Nizami rayonu Qara Qarayev prospekti 229 ünvanında aaprılan tikinti ilə …