Şənbə , Yanvar 29 2022
Ana səhifə / Cəmiyyət / “Gələn il Azərbaycandan Həcc ziyarətinin baş tutacağı gözlənilir” – QMİ

“Gələn il Azərbaycandan Həcc ziyarətinin baş tutacağı gözlənilir” – QMİ

“Gələn il Azərbaycandan Həcc ziyarəti səfərlərinin baş tutacağı gözlənilir”.

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov deyib.

O bildirib ki, hələlik Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən QMİ-yə Həcc ziyarəti barədə məktub daxil olmayıb: “Lakin gələn ilin yanvar ayından sənəd qəbuluna başlanıla bilər”.

Xatırladaq ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

Qeyd edək ki, son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Həmçinin oxuyun

Yeni icra başçısı müavinini və bir neçə əməkdaşı işdən azad etdi

Abşeron rayon icra hakimiyyətində kadr islahatları aparılır. Abşeron rayonunun  icra başçısı Abdin Fərzəliyev müavini İlham …