Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Gədəbəydə Yediyarov-Məmmədov ittifaqının iztirabı

Gədəbəydə Yediyarov-Məmmədov ittifaqının iztirabı

Bu rayonda PA-dan göndərilən məktublara, verilən tapşırıqlara heç bir halda məhəl belə qoyulmur

Son vaxtlar Gədəbəy rayonu haqda dövrü mətbuatda silsilə tənqidi məqalələr işıq üzü gördükcə, o halda hər kəsə əsl həqiqətlər də bəlli olur. Yəni, Ramiz Yediyarovun rayona rəhbər təyin olunması, sözün həqiqi mənasında bu rayonda qohumbazlığın, dostbazlığın, yerlibazlığın, sosial problemlərin tüğyan etməsinin, vətəndaş haqlarının pozulmasının və.s əsasını da qoydu. Belə bir səbəblər üzündəndir ki, hal-hazırda Gədəbəydə sosial problemlər tüğyan edir, yerli sakinlərin kütləvi narazılığı baş qaldırır, vəzifə sahibi olanlarla sadə sakinlər arasında, sanki uçrum da yaranır. Məsələn, Gədəbəy şəhər sakini Əliyev Oqtay Qara oğlu da, bu gün rayon rəhbərliyinin həyata keçirdiyi müstəbid idarəçilikdən zinhara gələn və olmazın haqsızlıqla üz-üzə qalan sakinlərdən biridir. Onun üz-üzə qaldığı problemlərdən, hələ ötən saylarımızda da bəhs etmişdik.

Gədəbəydə Yediyarov-Məmmədov ittifaqının iztirabı

Gədəbəydə Oqtay Əliyev olmazın olayla üz-üzə qalıb, səbəb nədir?

Yazıb bildirmişdik ki, rayon rəhbərliyinin verdiyi şifahi qanunsuz tapşırıqdan sonra, Oqtay Əliyevə məxsus 38 kvm-lik mağaza, içərisində ərzaq və avadanlıqlarla birlikdə 12 fevral 2015-ci il tarixdə yerlə-yeksan edilmişdi. Ötən müddət ərzində o, haqqına qovuşmaq üçün rayonda vəzifə sahibi olanlara, o cümlədən rayonun rəhbəri Ramiz Yediyarova dəfələrlə müraciətlər ünvanlasa da, təəssüflər olsun ki, etdiyi müraciətlər hər dəfə qulaqardına vurulmuşdur. Və çox zamanda problemlə üz-üzə qalan şəxs, minbir bəhanələrlə də aldadılmışdır. Elə ki, Oqtay Əliyev dəymiş maddi zərərin ödənilməsini israrla tələb edir, həmin vaxt icra hakimiyyəti aparatında arxitektor vəzifəsini daşıyan Elxan müəllim ona bildirir ki, “sən bir az səbr eylə, maliyyə idarəsinin müdirinə tapşırıq verilib, o sənə verilmiş mağazanı satacaq və bu yolla dəymiş zərər tam ödəniləcək”. O halda ortaya maraqlı sual çıxır ki, görəsən Namiq Məmmədov maliyy idarəsinin müdiridir, yoxsa alqı-satqını həyata keçirən şəxsdir?

Gədəbəydə Yediyarov-Məmmədov ittifaqının iztirabı

Üz-üzə qaldığı problemin həllinə çarə tapa bilməyən və Bakı şəhərində kirayələrdə yaşayan Oqtay Əliyev, bir qədər vaxt keçdikdən sonra məcbur olur ki, PA-nın səlahiyyətlilərinə yazılı müraciətlərini ünvanlasın. Hətta o, bir neçə dəfə, bir qədər də dəqiq desək 14 sentyabr 2015-ci il tarixdə, qeyd olunan qurumda iki nəfər yüksək çinli vəzifə sahibinin qəbulunda da olur. Elə ki, 22 sentyabrda o, yenidən PA-da olur və ünvanladığı müraciətin cavabını öyrənmək istəyir, bu zaman ona bildirilir ki, probleminin həlli üçün Gədəbəy rayon İcra Hakimiyyətinə tərəfimizdən məktub ünvanlamışıq. Düzdür, qeyd olunan vaxtlarda PA-dan məktublar ünvanlansa da, problem bu gün də həllini tapmayıb ki, tapmayıb. Bu da onu söyləməyə əsas verir ki, Gədəbəydə PA-dan göndərilən məktublara, verilən tapşırıqlara heç bir halda məhəl qoyulmur.

Gədəbəydə Yediyarov-Məmmədov ittifaqının iztirabı

Bugün də üzləşdiyi problemin həllinə nail ola bilməyən Oqtay Əliyev, artıq məcbur olub ki, ünvanladığı müraciətlərini ölkə rəhbəri cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun rəhbərlərinə, bir çox xarici KİV, ayrı-ayrı beynəlxalq təşkilatların respublikamızdakı nümayəndəliklərinə və.s çatdırsın. Çünki, onun istəyi probleminin həllinə nail olmaq və haqqına qovuşmaqdır.

Gədəbəydə Yediyarov-Məmmədov ittifaqının iztirabı

Bakı şəhərində kirayələrdə yaşayan və heç bir əmək fəaliyyəti ilə məşğul olmayan Oqtay Əliyev, vaxtilə rayon rəhbərliyinin verdiyi qanunsuz tapşırığın, bu gün də iztirabını çəkməkdədir. Belə ki, maddi durumu olduqca ağır olan, səhhətində əmələ gələn problemlər, sözün həqiqi mənasında onu olduqca çıxılmaz duruma salıb. Hal-hazırda probleminin həllini intizarla gözləyən bu şəxs bildirir ki, “mən artıq məcburam ki, efirə çıxım və üzləşdiyim problemlərin mahiyyəti üzrə ölkə rəhbərinə müraciətlərimi də çatdırım”. Bəli, bu gün o, ümid edir ki, bundan sonra atacağı addımlar, üzləşdiyi problemlərin ədalətli həllinə səbəb olacaq.

Gədəbəydə Yediyarov-Məmmədov ittifaqının iztirabı

Ünvanlı sosial yardımlar maraqlar çərçivəsində verilir

Diqqəti cəlb edən hal odur ki, belə bir olayların yaşandığı Gədəbəydə ümumi vəziyyətin acınacaqlı duruma düşməsinə səbəb, rayon rəhbərliyinin həyata keçirdiyi idarəçiliklə bərabər, həm də yerli vəzifə sahiblərinin minbir qanunsuzluqlara qol qoymalarıdır. Hələ bir neçə gün bundan əvvəl redaksiyamıza telefon zəngi açan rayon sakinləri bildirirdilər ki, “bu gün rayonda haqsızlığın və qanunsuzluğun “mütləqi-hakim” olduğu qurumlardan biri də, ƏƏSMN-nin yerli şöbəsidir. Çünki, bu quruma rəhbərlik edən Maqsud müəllim, rayonun maliyyə idarəsinin “şef”i Namiq Məmmədovun yaxın qohumdur. Elə bu bağlılığın nəticəsidir ki, o, direktorluq etdiyi şöbədə hər cür qanunsuzluqlara imza atmaqda davam edir. Məsələn, sakinlər bildirirlər ki, “rayonda ünvanlı sosial yardımlar məqsədli şəkildə verilir və bu zaman Maqsud müəllimin və aşağı vəzifə sahiblərinin yazıb-pozduqları qanun-qayda, rəhbərliyin maraqlarına cavab verən formada icra olunur. Yəni, 4-5 ayı mənim, qalan ayları sənin prinsipi həyata keçirilir”.

Diqqəti cəlb edən hal odur ki, ƏƏSMN-nin Gədəbəy rayon şöbəsində tətbiq olunan idarəçilik, digər şöbələrdən bir çox özəllikləri ilə də fərqlənir. Yəni, “Gündəm Xəbər”i məlumatlıandıran mənbə bildirir ki, “şöbə əməkdaşları kimə ünvanlı sosial yardım düzəldirlərsə, mütləq hər kəsdən 4-5 ayın pulunu əvvəlcədən alırlar. Kimsə istənilən pulu verə bilmirsə, o halda həmin şəxsin gözü yolda, kölnü isə intizarda qalır”. Məsələn, ünvanlı sosial yardım almaq arzusunda olanlardan biri də, Gədəbəy şəhər sakini olan Əsgərov Rasim İsmayıl oğludur. 4 ayın pulu ondan əvvəlcədən istənilmiş və həmin şəxs istənilən məbləği verə bilmədiyi üçün, bu gün də o, arzusunu “çin” edə bilmir.

Mənbə onu da vurğulayır ki, “Gədəbəydə təqribən 50 nəfərdən çox birinci qrup əlil var ki, onlara da xüsusi xidmət göstərmək üçün, ƏƏSMN-nin rayon şöbəsində adları ştat cədvəlində olan işçilər “çalışırlar”. Həmin işçilərin adları ştat cədvəlində getsə də, onların sifətini nə görən, nə də ki, bir tanıyan olur. Baxmayaraq ki, daşıdıqları vəzifəyə görə hər ay dövlətdən maaş alırlar və ayın sonunda da Maqsud müəllimlə “hesablaşırlar”. Belə bir səbəblər üzündəndir ki, əvvəllər DSMF-nun rayon şöbəsinə rəhbərlik edən və həmin qurumu xarabazarlığa çevrən bu şəxs, təqribən 3 il bundan əvvəl Namiq Məmmədovun dəstəyi ilə “SABEZ”ə “transfer” olduqdan sonra, 85-100 kiloqram çəkidən 130-140 kiloqrama qədər də arta bilib.

Diqqəti cəlb edən hal odur ki, Maqsud müəllimin rəhbərlik etdiyi qurumda, bu günədək elə bir maxinasiyalara qol qoyulub ki, baş mühasib vəzifəsini daşıyan şəxslər qol qoyulan qanunsuzluqlara şərik olmamaq üçün, daşıdıqları vəzifədən uzaqlaşmaq məcburiyyətində qalıblar. Yəni, ötən üç il ərzində o, üç nəfər mühasiblə işləyib ki, sonuncu mühasibin də adı İlqardır.

Verilən məlumatlarda o da bildirilir ki, “Gədəbəydə ünvanlı sosial yardımların paylanmasının, bəlkə də heç bir şəhər və rayonla oxşarlığı belə yoxdur. Çünki, rayonun Arqıran, Qumlu, Əlismayıl və.s kəndlərində var-dövləti, bahalı avtomobilləri, geniş biznes şəbəkəsi olanların əksəriyyəti ünvanlı sosial yardım almaqdadırlar.

Mərkəzi xəstəxanadan Gəncəyə uzanan yollar nələrdən xəbər verir?

Namiq Məmmədovla sıx bağlılığı olduğu bildirilən Gədəbəy rayon Mərkəzi Xəstəxanası rəhbərliyinin də, minbir maxinasiyalara qol qoyması haqda məlumatlar, bu gün də diqqətimizi cəlb etməkdədir. Çünki, mənbə bildirir ki, Gəncə şəhərində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın rəhbəri Nazim həkimlə, Gədəbəy rayon Mərkəzi Xəstəxanası rəhbərliyinin qurduğu işbirliyi, hər iki tərəfə əməlli-başlıca gəlir əldə etməyə imkanlar açır. Yəni, Gədəbəydə TSEK-nın

xətti ilə təqaüdə çıxmaq istəyən istənilən şəxs, ilk öncə adını Cəncədəki xəstəxanaya yazdırır. Və çox keçmir ki, həmin xəstəxanadan “xəstə” olması haqda arayışı lazımi ünvana çatdırır və arzusuna da qovuşa bilir. Baxmayaraq ki, “xəstə” olan şəxsin adına dövlətdən dərman preparatları, ərzaq və digər təminolunmalar alınır. Belə olan halda hər iki tərəf xəstəlik kağızı ilə alver edir, minbir maxinasiyalara qol qoyur və külli miqdarda var-dövlətə də sahib olurlar.

Gədəbəydə Namiq Məmmədov hansı idarələri inhisarında saxlayır?

Gədəbəydə Namiq Məmmədovun təsir dairəsində saxladığı idarələrdən biri də, rayonun yaşıllaşdırma idarəsinin olduğu bildirilir. Düzdür, bu idarənin iş fəaliyyəti yaşıllaşdırma işlərinə baxmaq olsa da, əslində adı çəkilən idarənin fəaliyyəti fəaliyyətsizlikdən başqa bir şey deyil. Çünki, qeyd olunan qurumun giriş qapısından asılan “zamok”, həftələr yox, aylar uzunudur ki, “qış yuxusu”na dalıb. Amma, idarənin ştat cədvəlində olan işçilərin əmək haqları, dövlətin verdiyi yanacaq, bir neçə nəqliyyat vasitələri, onlara verilən ehtiyat hissələri və.s, heç zaman maliyyə “şef”inin diqqətindən kənarda qalmır.

Xatırlatma. Qəzetimizin 18-24 sentyabr 2015-ci il tarixli sayında “Müxalifət təmsilçisinin əli, hansı məmurun cibindədir?” başlıqlı açıqlama dərc etmişdik. Yazıb bildirmişdik ki, KXCP Gədəbəy rayon təşkilatının sədri Ceyhun Səfərov, rayonda bəzi vəzifə sahibləri ilə, o cümlədən rayonun maliyyə idarəsinin müdiri vəzifəsini daşıyan Namiq Məmmədovla işbirliyi qurur və maraqlarının təminatını da həyata keçirə bilir.

Məqalə çapa hazırlanarkən belə bir məlumat da əldə edə bildik ki, Ceyhun Səfərova hədiyyə verilən 4 sotluq torpaq sahəsində təmizləmə işləri aparılarkən, ətraf ərazidə yaşayanlar narazılıq edirlər. Sakinlərin narazılığının qarşısını almaq istəyən vəzifə sahibləri, ilk öncə belə bir gediş edirlər ki, “bu yerdə xeyr-şər məclisləri üçün tikinti işi aparılacaq” deməklə, sakinləri aldadırlar.

Bundan əlavə belə bir məlumat da əldə edə bildik ki, sən demə təmizlənən ərazidə mərhum Zaman İsayevin və Cəlal Əliyevin ailəsinin istifadə etdikləri ayaqyolu da var imiş. Elə ki, qeyd olunan ərazi Ceyhun Səfərova verilmək üçün təmizlənir, həmin vaxt dünyasını dəyişən hər iki şəxsgilin istifadə etdikləri ayaqyolu uçurulur. Amma, Validə xanım Aslanovagilə məxsus ayaqyolu uçurulsa da, onun təkidi nəticəsində başqa yerdə tikilir. Bəlkə də mərhum Zaman İsayev və Cəlal Əliyev də, bu gün həyatda olsaydılar, onlar da təkid edib qanuni haqlarının bərpasına nail ola bilərdilər.

Belə bir xidmətin nəticəsi o olur ki, Namiq Məmmədovun tapşırığı əsasında rayonun mərkəzi xəstəxanası, təhsil və mədəniyyət şöbələri, hər ay Ceyhun Səfərova əldə etdikləri qazancdan bir qədər pay verirlər. Hələ bu azmış kimi, rayonun Heydər Əliyev prospektində, yəni bir və iki nömrəli binaların yaxınlığındakı zirdzibillik təmizlənir və 4 sot torpaq sahəsi ona hədiyyə də edilir. Maraqlı hal o olur ki, şəhər təsərrüfatına rəhbərlik edən Rauf Səfərov, qeyd olunan ərazini təmizlətdirərkən bina sakinləri “buranı nə üçün təmizləyirsiniz” deyə sual edirlər. Ümumi vəziyyətdən çıxmağa çalışdıqda isə o, belə bir cavab verir ki, “gələcəkdə bu yerdə mərasim zalı tikdirəcəyik” deməklə, sakinləri əməlli-başlıca aldada bilir. Elə ki ərazi təmizlənir, dərhal şəhər bələdiyyəsinin sədri Zülfüqar Yusifova lazımi tapşırıq verilir ki, 4 sotluq torpaq sahəsi Ceyhun Səfərovun adına sənədləşdirilsin. Verilən məlumatda o da bildirilir ki, sənədləşmə bələdiyyə tərəfindən həyata

keçirildikdən sonra, həmin yeri o, Elmira adlı xanıma 12 min manata satır. Amma, çox keçmir ki, hər iki şəxs arasında əməlli-başlıca mübahisə başlayır. Çünki, Ceyhun Səfərovun satdığı torpaq sahəsinin “kupça”sı olmur. Əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, qeyd olunan ərazinin dolayısı yollarla satılması, hər iki bina sakinlərini əməlli-başlıca hövsələdən də çıxarır. Buna səbəb, bina sakinlərinin zibillik kimi istifadə etdikləri ərazinin həm zəbt olunması və həm də 4 sotluq torpaq sahəsini alan qadına, yol açılması üçün yaxınlıqdakı bulağın ləğv edilməsi zərurətinin yaranmasıdır. Bütün bunlardan sonra yəqin ki, hər kəs biləcək ki, Namiq Məmmədovun müxalifət təmsilçisinə “əl” uzatmasının səbəbi nədir və onları birbirinə hansı tellər bağlayır? Hal-hazırda 103 saylı Gədəbəy seçki dairəsindən KXCP namizədi olaraq namizədliyini irəli sürən Ceyhun Səfərov, bu gün ictimaiyyətə bildirmək istəyir ki, mən müxalifəti təmsil edirəm. Əgər bu belədirsə, görəsən o halda partiyanın sədri Mirmahmud Mirəliolğlu, belə bir kadrları ilə hara qədər gedə biləcək? Yaxud da, gedə biləcəkmi? Bu və ya digər məsələlərlə bağlı Mirmahmud Mirəlioğlunun mövqeyini də öyrənməyə çalışacağıq.

Məqalənin dərcindən və baş verən bir çox olaylardan sonra, Ceyhun Səfərovun facebook səhifəsində yazıb göndərdiyi fikrin vergülünə, nöqtəsinə belə toxunmadan, onu sizlərə olduğu təqdim etməyi özümüzə borc bildik. O, yazır ki, “Biz ozumuzu her yerde subut etmisik .500-15000 minin ugrunda mubarize aparmamisiq.Sen menim kim oldugumu bilirsenmi?-yox men onun bunun qucaginda yox ziyali bir ailede boyumus insanam”.

Araşdırmalarımız davam edəcək.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın