Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Cəmiyyət / “Fuad Poladov bilirdi ki, xəstədir, dəfn olunacağı yeri özü seçmişdi”

“Fuad Poladov bilirdi ki, xəstədir, dəfn olunacağı yeri özü seçmişdi”

“Axırıncı 10-11 ayı bir yerdə olmuşuq. O müddət ərzində vidalaşırdı. Qəbiristanlıqlara tez-tez gedərdik, qohum-əqrabası ilə vidalaşırdı. Bunu başqa cür adlandıra bilmirəm. O, bilirdi ki, xəstədir, mülicə olunan deyil. Artıq o mərhələdə idi ki, xərçəng müalicəyə tabe olmurdu, ölümcül həddə idi”.

Bu sözləri “o üz” proqramında qonaq olan Əməkdar artist, tanınmış diktor Rafiq Həşimov mərhum Xalq artisti Fuad Poladov haqqında danışarkən deyib.

“Günlərin birində dedi ki, gedək “Qurd qapısı” qəbiristanlığına. Gördüm orada daşın üstündə “F.P.” yazılıb. Sən demə yer götürüb. Dedi yəqin burada dəfn olunaram. Elə qayıdanda söylədi ki, birdən həmin gün külək olar, xahiş edirəm, oğlu da cavan idi, birdən özünü itirər, evlərin arxasında xeyir-şər yeri var, camaat da soyuqda qalmasın, orada keçirərsiniz.

Bir il müddətində sanki ölüm məşqi edirdi. Bunu başqa cür adlandıra bilmirəm. Bəlkə də bu cür deməyim yersizdir, amma mənə belə bir təəssürat bağışlayırdı. Hər gün sanki ölməyi öyrənirdi” deyə, R.Həşimov əlavə edib.

Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən F.Poladov 2018-ci ildə vəfat edib. Axşam.az

Həmçinin oxuyun

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı

Bu gün şəhid, Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun ad günüdür. 29 yanvar 1993-cü …