Cümə , Noyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Fuad Ələsgərov Nardaran hadisələri haqda: “Düz yola qayıtsınlar…”

Fuad Ələsgərov Nardaran hadisələri haqda: “Düz yola qayıtsınlar…”

“Mən Azərbaycanın hər bir gəncinə müraciət edirəm ki, dünyəvilik ideyalarını rəhbər tutsunlar. Azərbaycanın gələcəyi xoşbəxt olmalıdır. Bizim gənclər sabah Azərbaycan dövlətinin əsasını təşkil edəcək. Onlar dövlətimizi qoruyacaqlar”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsi Fuad Ələsgərov deyib.

Nardaran hadisələri barədə danışan F.Ələsgərov bildirib ki, dini radikalizim və digər neqativ hallar Azərbaycan cəmiyyətinə xas deyil: “Bizim gənclər də təbliğat işlərində aktiv olmalıdır. Dini radikalizim və ekstrizimlə mübarizə ilə bağlı Azərbaycanda bütün normativ aktlar mövcuddur. Bu normativ hüquqi aktların təkmilləşdirməsi ilə bağlı Azərbaycan parlamenti təşəbbüslə çıxış edib. Şübhəsiz ki, Azərbaycan gəncləri də dini radikal qruplarına qoşulmayacaq və dini radikalizim əlehinə təbliğat işləri aparacaqlar. Bu tip qruplara qoşulan gənləri düz yola dəvət edirik” (“Report”).

Həmçinin oxuyun

Ömrünün 8 ili məhbəsdə, qalanı Kəlbəcərsiz keçən adsız xalq şairi…

Kəlbəcər deyəndə gözümün qarşısına şəkillərdə gördüyüm füsunkar mənzərəsindən də əvvəl əsrarəngiz bir adam gəlir. Şair …

Bir cavab yazın