Son günlər sosial
şəbəkələrdə yayılan “Flaqman” kolbasalarının reklamı insanlar tərəfindən
hiddətlə qarşılanıb. Bu reklam rolikində bütün Türk Dünyasının ən qədim
eposu olan “Dədə Qorqud” dastanı ələ salınır. Dastanın müsbət
qəhramanlarından olan Beyrək obrazının əsirlikdən sonra bacıları ilə ilk
görüşünü əks etdirən səhnə kolbasa reklamı ilə ələ salınır.
Gundeminfo.az
xəbər verir ki, artıq sosial şəbəkələrdə bu reklam çarxının şikayət
edilməsi ilə bağlı kompaniyaya da start verilib.
Müzakirələrdə
ictimayyətin tanınmış simaları, tarixçi alimlər də fikir bildirirərək
narazılıq ifadə ediblər. Reklam çarxında qeyd edilən “Əsrlərdən gələn
Flaqman” ifadəsi də qəzəb doğurub.
Onu
da qeyd edək ki, reklamda rol alan aktyor Müşfiq Şahverdiyevin də
ünvanına ağır ifadələr yer alıb. Hələlik Azərbaycan dövləti
səviyyəsində, 300 milyonluq Türk Dünyasında hər zaman ehtiramla
yanaşılan, milli dəyərə qarşı bu şəkildə aşağılayıcı münasibətlə bağlı
“Flaqman” istehsalçısından aşıqlama almaq mümkün olmayıb.
Gundeminfo.az-ın
araşdırmasına görə, www.flaqman.az rəsmi internet saytı da reklam
çarxının yayımlanmasından sonra bağlanıb. Araşdırmalar zamanı
diqqətimizi çəkən məqamlardan biri də “Flaqman”ın istehsalçısı olan MMC
dəfərlərlə yalançı və bayağı reklamlara görə cəzalandırılıb.
Bir
neçə dəfə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidməti tərəfindən “Ay-Min” MMC-yə məxsus Abşeron
rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 26A ünvanında yerləşən
istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisə tərəfindən
bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında
düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol
verildiyi müəyyən edilib.
Onu
da qeyd edək ki, mediada “Ay-Min” MMC ilə daha bir iddia da yer alıb.
Gundeminfo.az-ın araşdırmaları zamanı məlum olub ki, bu barədə bir qədər
əvvəl axar.az saytı xəbər yayıb. Sayt iddia edib ki, adıçəkilən şirkət
vəhabi təqriqətindən olan insanlar üçün hər həftə xüsusi qaydada kolbasa
məhsulları istehsal edir.
Məhsullar
hər həftənin cümə günü vəhhabilərə çatdırılır və bazara çıxarılmır.
Halallıq zəmanəti verilən həmin kolbasaların bahalı və çox dadlı olduğu
vurğulanır. Odur ki, vəhhabilər üçün istehsal edilən kolbasaya böyük
tələbat olsa da, vətəndaşlara satılmır.
“AY-MİN” MMC-nin “vəhhabi kolbasası” topdansatışda olur və adıçəkilən təriqət üzvləri tərəfindən alınır.
Firmanı təsisçisi iki nəfərdir: Kərəm və Vüqar. Əslən Qubadan olan şəriklər dayı-bacıoğludurlar.
“AY-MİN” brendinin onların qızlarının adından götürüldüyü iddia edilir: Aytac Kərəmin, Minə isə Vüqarın qızıdır.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
