Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib – FOTOLAR

Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib – FOTOLAR

Tanınmış iş adamı, “Dünya Azərbaycanlılarının Mədəniyyət Fondunun prezidenti” Fizuli Məmmədov ermənilərə əsir düşməmək üçün özünü partladan kəşfiyyatçımıza Novruz hədiyyəsi olaraq ev bağışlayıb.

Aqil Əhmədovla bağlı qaynaqlardakı məlumat bir qəhrəmanlıq nümunəsidir: “1997-ci il aprelin 7-də 8 nəfərdən ibarət Azərbaycan kəşfiyyatçısı cəbhənin Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak edib. Döyüşçülər erməni mühasirəsinə düşsələr də, üç gün təslim olmayıblar. Aprelin 10-da isə kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. Bu zaman 8 nəfər heyətdən ibarət olan qrupun 7 üzvü şəhid olub. Həmin hərbçilərmizdən yalnız Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə əsir götürülüb. Prezident Heydər Əliyevin uzun zaman apardığı danışıqların nəticəsi olaraq şəhidlərimizin nəşi 6 aydan sonra ermənilərlə dəyişdirillib. 1997-ci il oktyabr ayının 16-da onlar dəfn edilib. “

Novruz bayramı ərəfəsində Bakıda olan Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib.

Bundan əvvəl də Fizuli Məmmədov şəhid və qazi ailələrinə mənzillər bağışlayıb.Musavat.com

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …