Cümə axşamı , May 26 2022
Ana səhifə / Cəmiyyət / “Fitrə zəkatı verməklə savab qazanılsaydı, hamı ibadət etməzdi, fitrə verərdi”

“Fitrə zəkatı verməklə savab qazanılsaydı, hamı ibadət etməzdi, fitrə verərdi”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan bayramında veriləcək fitrə zəkatının məbləğini açıqlayıb. Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Fitrə zəkatının 10-15 manat olması cəmiyyətdə bəzi etirazlara səbəb olub. İnsanlar bu məbləğin aztəminatlı ailələr üçün çox yüksək olduğunu bildirirlər. 

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, fitrə məcburi deyil, kimin gücü çatırsa onlar fitrə zəkatı ödəyə bilər:
“İnsanların mahiyyəti anlamadan etiraz etmələri düzgün deyil. Bu bank krediti deyil ki, 15 deyirlərsə, 15 ödənilsin. Bu qəlblə bağlı məsələdir, yoxundursa, fitrə çıxma. Qafqaz Müsəlmanları İdarəsi heç kimi məhkəməyə vermir ki, sən niyə 15 manat ödəməmisən. Əsas ibadət etməkdir fitrə zəkatı verməklə savab qazanılsaydı, hamı ibadət etməzdi, fitrə verərdi”.

Deputat deyib ki, imkanlı şəxslər üçün 10-15 manat kiçik bir məbləğdir: “Bu, imkanlının yoxsula yardım etməsi baxımından bir tövsiyyədir. Bu, bir manat olsa da sədəqədir, bir milyon olsa da”. Modern.az

Həmçinin oxuyun

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə …