Ana səhifə / Cəmiyyət / Fitnes çempionu Vilayət Eyvazovdan KÖMƏK İSTƏDİ – “…adıma vurulan ləkəni qanımla təmizləməyi düşünürəm”

Fitnes çempionu Vilayət Eyvazovdan KÖMƏK İSTƏDİ – “…adıma vurulan ləkəni qanımla təmizləməyi düşünürəm”

Baki şəhəri S.S Axundov kuçəsi 42/2 mənzil 191 ünvanında yaşayan
Azərbaycan Fitness Bikini üzrə respublika çempionu Cəfərova Lalə Mikayıl qızı ölkə rəhbərliyinə şok müraciət ünvanlayıb.

Bir nüsxəsi də Azinforum.az-a daxil olan müraciətdə deyilir:

“Mən “Verso” Fitness Mərkəzində Respublika çempionu olduğum bodybuilding sahəsi üzrə fitness dərsləri keçirəm. Mənim xeyli sayda tələbəm var.
Ölkədə bir idmançi xanim olaraq idman şərəfini qaldirmağa çalışırdım.
Mənim bu qədər uğur və hörmətim bəzilərinin xoşuna gəlmədi. Bu məqsədlə 22.01.2022 tarixinde instaqram sosial şəbəkəsində fake profildən video göndətməklə 4 (dörd min) manat pul tələb etdilər.
Verməyəcəyim halda məni sosial şəbəkədə ifşa edəcəyi ilə şantaj etdilər. 08.03.2022 tarixində özünü bloger adlandıran Cəmil Quliyev öz instaqram sosial şəbəkəsində bu videonu paylaşdı. Halbu ki, mənim
əxlaqsız davranışım olmayıb. Cəmil Quliyev haqqimda yazdığı və paylaşdığı videogörüntülərlə, ətrafımda olan insanları məndən uzaqlaşdırmağı bir kənara dursun, onun hərəkətləri mənim ailəmin
daxilində də ciddi problemlərə yol açdı.
Atam anamla ciddi mübahisələr edir, bacımın nişanı baş tutmadı. Səbəb isə mənim günahsızlığımı sübut ede bilməməyim oldu.
Cəmil Quliyevin bu addımı mənim gələcək ailə həyatıma şərəf və ismətimə ağır zərbə oldu. İdmançi kimi imicim zədələndi. Sosial şəbəkəmdə 35000 mindən artiq izləyicilərim eləcədə Cəmil Quliyevin
minlərcə izləyiciləri və.s məni etmədiyim günaha görə alçaldıcl şəkildə təhqir etdilər.

Cəmil Quliyev

Çox xahiş edirəm ki, mənim hər tərəfli imicimə vurulan bu ağır zərbəni
üzərimdən götürülməsinə Cəmil Quliyev kimi Böhtançıların
cəzalandırılmasına şərəfimin qorunmasına bir qadın kimi kömək etmənizi
xaiş edirəm.
Onuda qeyd etmək istəyirəm ki, haqqımda olan böhtan kampaniyasının
iştirakçıları və idarəçiləri laiqli cəzasını almazsa mən həyatıma son
qoymağı və adıma vurulan ləkəni qanımla təmizləməyi düşünürəm”.

Həmçinin oxuyun

Xoşqədəm Hidayətqızı məhkəməyə verildi: Həbsi tələb olunur

ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və verliş iştirakçılarından biri – Bərdə …