Bazar , Avqust 25 2019
Ana səhifə / Cəmiyyət / Fırıldaqçı dindar Bakıda təbliğ olunur – İTTİHAM VAR

Fırıldaqçı dindar Bakıda təbliğ olunur – İTTİHAM VAR

Redaksiyamızın elektron ünvanına olduqca ilginc bir məlumat daxil olub. Məlumata əsasən Bakı şəhərində fəaliyyət göstərən «Rahat» Marketlər şəbəkəsinin Türkiyədə fəaliyyət göstərən bir din xadimi ilə əlaqələri var.

«Rahat» Marketlərin fırıldaqçı din xadimi ilə nə əlaqəsi var? –
Gundeminfo.az-a daxil olan informasiyada iddia edilir ki, paytaxtda fəaliyyət göstərən bu marketlər şəbəkəsinin bir zamanlar «ermənilərə qardaş» deyən və Türkiyədə «A9» televiziya kanalının sahibi Adnan Oktarla (bəzən özünü Harun Yəhya kimi də təqdim edir) bir adamın dəstəkçisinə çevriliblər.

«Rahat» Marketlərdə spirtli içkilərin satışına qoyulan qadağadan bəhs edən mənbəmiz deyir ki, Nərimanov rayonu ərazisindəki «Metropark» Ticarət Mərkəzindəki «Rahat» Marketdə Adnan Oktarın kitabları xüsusilə olaraq təbliğ edilir və açıq-aşkar satışdadır.

«Rahat» Marketlər Şəbəkəsinin Adnan Oktarla hər hansı bir bağlantısının olub-olmadığına dair araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq

dia.az

Həmçinin oxuyun

Atası yatan körpəyə baxdı, nə baş verdiyini görəndə kameraya çəkdi – VİDEO

Ailədə uşağın dünyaya gəlişi həmişə həyəcanverici və qeyri-adi olur. Körpələrinin adicə görünüşündən, sadəcə baxışından valideynlərin …

Bir cavab yazın