Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / FİKRƏT YUSUFOV  BƏYDƏMİRLİNİN “İŞVERƏN” İTTİHAMINA CAVAB VERDİ:  “Təhqir acizlik əlamətidir”

FİKRƏT YUSUFOV  BƏYDƏMİRLİNİN “İŞVERƏN” İTTİHAMINA CAVAB VERDİ:  “Təhqir acizlik əlamətidir”

Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli öz feysbuk profilində sabiq maliyyə naziri Fikrət Yusifovu sərt tənqid edib.  Tərəflər arasındakı narazılığa səbəb Nazim Bəydəmirlinin Naxçıvana dövlət büdcəsindən ayrılan vəsitin həddən artıq çox olması ilə bağlı yazdığı statusdan doğan reaksiya olub. Qeyd edək ki, Fikrət Yusifov məsələyə münasibət bildirərək, Nazim Bəydəmirlinin yanaşmasını əsassız adalandırıb. Bundan qəzəblənən sabiq deputat aşağıdakı fikirləri yazıb:

“Bir sabiq maliyyə naziri olub, bacardığı işin ən kulminasiya nöqtəsi 2005-ci ildə yumşaq desək xalq arasında “işverənlik” adlandırılan rolunu oynayıb… Təqribən iki ilə yaxındır müstəqil iqtisadçılara “özünə məxsus” cavab verməklə məşğuldur. Guya dünən mənə də “cavab verib”
P.S. Dediyinin mənası olmasa da, bilməlidir ki, həmkar saydığın adamların fikrinə belə arqumentsiz münasibət açıqlamaq peşə etikasına ziddir…”

Barəsində səslənən fikirə sabiq maliyyə naziri  cavab verib. Fikrət Yusifov Azinforum.az -a açıqlamasında bildirib ki, Nazim Bəydəmirlinin səviyyəsinə düşmək fikirində deyil:

“Hər kəs danışığı ilə öz səviyyəsini göstərir. Fikir verməyin. Mən ona dəlillərlə cavab vermişəm bacarırsa bu dəlillərin qarşısında nə isə desin. Təhqir acizlik əlamətidir.  Adamın ağzından çıxan hər pis söz birinci onun pis adını yazır. Belələri bu cür həyat fəlsəfəsindən çox uzaq olurlar”.

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı Fərid Novruzi Hadrut (Ağoğlan) qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən əsgərin arzusunu …

Bir cavab yazın