Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Fikrət Qoca: “Bu yaşda döyüşə getmək istədiyimi deməyə utanıram…”

Fikrət Qoca: “Bu yaşda döyüşə getmək istədiyimi deməyə utanıram…”

“Yaşının çox olmasından asılı olmayaraq əgər bir insanda ki, vətən eşqi varsa, o, ürəyilə torpaqlar uğrunda döyüşə getməyə hazır olduğunu deyəcək”


Bunu açıqlamasında Xalq şairi Fikrət Qoca deyib. Xalq şairi hər kəsin öz əməlində vətən üçün xidmət etməyin vacib olduğunu bildirib: “Təbii ki, mən də azərbaycanlıyam. Yaşının çox olmasından asılı olmayaraq əgər bir insanda ki, vətən eşqi varsa, o, ürəyilə torpaqlar uğrunda döyüşə getməyə hazır olduğunu deyəcək. Bu yaşda döyüşə getmək istəyimi saçımın ağlığına görə deməyə utanıram, deyəcəklər ki, başı xarab olub. Amma mən də ürəyimdə bu torpağın əsgəriyəm. Həyatım şeirə, şeirim də vətənə gedib. Əslində torpağın üstünə düşən hər bir güllə mənim ürəyimdən keçib gedir. Bir şey var ki, hər kəs öz işinin sahibidir. Hamımızın içində vətən sevgisi var. Səfərbərliyə yazılan adamların yaşından asılı olmayaraq hər birini başa düşmək lazımdır, onlar da vətən övladıdır. 


Cəbhə bölgəsində hər dəfə atışma olur, kəndlərimizə mərmilər düşür. Elə etmək lazımdır ki, nə biz əsgərimizə, nə də əsgərimiz bizə yük olmasın. Bizim prezidentimiz var, yəni o, pisi də, yaxşını da görür. O, cəbhə xəttində nə baş verir, hamısını yaxşı bilir. Döyüşə getmək lazım olarsa, onda bizə xəbər edəcəklər, ona qədər biz işimizi görməliyik. Bir sözlə, hər kəs öz üzərinə düşən işi məsuliyyətlə yerinə yetirməlidir”.(moderator.az)

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …