Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / FİKRƏT QAFAROV – “İŞGƏNCƏLƏR KRALI”, YOXSA İDEAL RƏİS?

FİKRƏT QAFAROV – “İŞGƏNCƏLƏR KRALI”, YOXSA İDEAL RƏİS?

Azinforum.az-ın məlumatına görə, Qobustan Həbsxanasının rəisi – ədliyyə polkovniki Fikrət Qafarov 2 saylı Cəzaçəkmə Müəssisəsinə rəis təyin olunub. Maraqlıdır ki, bəzi saytlar bu məsələyə diletancasına yanaşaraq, Fikrət Qafarovun təyinatına özünəməxsus şəkildə rəy verməyə başlayıblar. Adını çəkmək istəmədiyimiz saytlardan biri iddia edir ki, güya  F.Qafarov məhbuslar arasında “işgəncələr kralı”kimi tanınır, qəddarlığı ilə seçilir.
Sayt sonra iddia edir  ki, 2 saylı cəzaçəkmə müəssisəsi Azərbaycandakı müəssisələr arasında “oğru qanunlarının” işlədiyi tək müəssisədir və görünür Fikrət Qafarovu oraya rəis göndərməklə Penitensiar Xidmətin yeni rəhbərliyi 2 saylı müəsissədə vəziyyəti dəyişmək istəyir. İnformasiynın bu cür təqdimatından belə anlaşılır ki, sayt 2 saylı “zon”da “oğru” qanunlarının  bundan sonra işləməyəcəyindən dərin  narahatlıq keçirir. Doğrudan da, absurd bir yanaşmadır.

Azinforum.az olaraq biz Penitensiar Xidmətə yaxından bələd olan, lakin adının çəkilməsini istəməyən  bir şəxslə bu təyinatı müzakirə etdik. Mənbə bildirdi ki, Fikrət Qafarov Penitensiar Xidmətdə öz işinin öhdəsindən layiqincə gəlməyi bacaran rəislərdən biridir:

“Yalnız öz işi ilə peşəkarcasına məşğul olduğu üçün, PX-yə rəis təyinatları  onun karyerasına təsir etməyib. PX-yə təyin olunan bütün rəislər ona etimad göstərib. Fikrət Qafarovun rəis olduğu müəsissədə narkotiklərin az miqdarda belə istifadəsi və ya “oğru” qanunlarının işləkliyindən söhbət gedə bilməz. Yarım əsrə yaxın “oğru” qanunları ilə idarə olunan ciddi rejimli 1 saylı müəsissədə də, “obşaqı” məhz Fikrət Qafarov ləğv etdi. “Qobustan” həbsxanasına əsasən ən ağır cinayətkarlar yollanılır. Fikrət Qafarov orda da, tam nizam-intizamı yaratmağı bacardı. Təbii ki, Fikrət Qafarovun hansısa “zona” rəis təyin olunmağı ilk növbədə cinayətkar aləmi və onun tərəfdarlarını narahat etməyə başlayır. Yaxın günlərdə 2 saylı “zonda”kı dəyişikliklərin şahidi olassınız. Fikrət Qafarovun rəis kimi özəlliyindən biri də budir ki, o, rəis olduğu bütün müəsissələrdə məhkumlar üçün ideal yaşayış şəraitinin yaradılmsında maraqlı olur. Onun rəis olduğu 11, 7, 1 saylı “zon”larda bu istiqamətdə monitorinq aparılsa, dediklərimin həqiqət olduğunu üzə çıxara bilərsiniz”.

M.MİRZƏ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın