Cümə , Sentyabr 18 2020
Ana səhifə / Aktual / FHN generalı vəzifəsindən azad edildi – cəmi üç ay işlədi…

FHN generalı vəzifəsindən azad edildi – cəmi üç ay işlədi…

Bu ilin may ayında Fövqəladə Hallar Nazirliyində (FHN) Bakı Regional Mərkəzin rəisi təyin olunan general-mayor İsrail Əliyev tutduğu vəzifədən azad olunub. Bu barədə məlumatı Azinforum.az-a qurumun daxilindəki mənbələr verib. Hələlik bu barədə rəsmi məlumat yayılmasa da, yaxın zamanda məlumatın rəsmən təsdiqlənəcəyi gözlənilir. Generalın təyin edildiyi vəzifədə az müddət işlədikdən sonra azad edilməsi onun işində buraxdığı ciddi nöqsanlarla bağlıdır. İsrail Əliyevin paytaxtda bir çox böyük mülklərə sahib olduğu bildirilir. Məşhur “Pullman” otelinin də ona məxsusluğu söylənilir.

Azinforum.az

Həmçinin oxuyun

Oğlunun Aygün Kazımovanın qızıyla videosu yayılan Daşqın Nəsirov kimdir?

Zeynəb Xanlarovanın həbs edildiyi deyilən bacısı oğlu Daşqın Nəsirovla bağlı daha bir maraqlı fakt ortaya …