Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Fazil Mustafa: “İsa Qəmbərin ziyalılıq əmsalı Əli Kərimlidən çoxdur”

Fazil Mustafa: “İsa Qəmbərin ziyalılıq əmsalı Əli Kərimlidən çoxdur”

“Qaynar Qazan”da Böyük Quruluş Partiyasının Başqanı, deputat Fazil Mustafadır. Digərlərindən fərqli olaraq zəng edib fikrimizi bildirən kimi, dərhal razılıq verdi. Bəli, indiki zamanda və məqamda bu, bizim üçün çox önəmlidir. Çünki “Qaynar Qazan”ın fəaliyyət göstərdiyi 1 ilə yaxın müddətdə aylardır müsahib kimi iştirak edəcəyini desələr də, bizi yola verənlər də az deyil. Və bu adamlar sıravi adamlar deyil, sözü olan, hər gün meydanda olan və danışan insanlardır. Fazil Mustafa onların əksəriyyətindən fərqli olaraq çəkinmədən “Qaynar Qazan”a gəldi.

Ona suallar yağış kimi yağmışdı. Təxminən 80-85 sual arasından 65-70 sualla görüşdük. İnsanlar çox həssasdırlar və heç kim heç nəyi unutmur. Fazil Mustafa da istisna olmadı və siyasi həyatının ən ziddiyyətli məqamlarından tutmuş günümüzə qədər ona vermədik sual qoymadılar. Fazil bəy də o sualların hamısını – mümkün olduğu mərtəbə cavablandırdı. Bütün suallarımızı verə bilməsək də – buna vaxt da imkan vermirdi, 2 saat neçə gəlib-getmişdi, xəbərimiz olmamışdı – vacib saydığımız sualların hamısı ünvanlandı.

Fazil Mustafa həm də ona görə belə hədəfdədir ki, insanlar zamanında ona inanıb. O, özü indi bu adamlardan nifrət etsə də, hər addımda onları ağır sözlərlə tənqid etsə də, Fazil bəy də yaxşı bilir ki, ondan gözləntilərin qayıtmamasının ağrısıdır bu suallar həm də. Zamanın enişli-yoxuşlu yolları AXC-nin şanlı-şöhrətli oğullarını hakimiyyətin qapısının astanasında boy sırası ilə düzdü. İndi onların – Azərbaycana müqəddəs azadlıq duyğularını qazandıran, rus tankı ilə kəllə-kəlləyə gələn, KQB generallarının qorxulu röyası olan bu cəngavər cavanlar bir-bir səngəri dəyişdilər. Onlar indi müxtəlif səngərlərdə bir-birinə hər növ silahdan atəş açırlar. Hətta qadağan olunmuş silahlardan da. İnsanları ağrıdan budur əslində. Onlar Sovet təbliğat maşınının qarşısında dimdik dayana bildilər. Ölümlər, qanlar onlara vız gəldi. Həbslərdən, sürgünlərdən keçdilər. Ölüm andı içdilər: “Qiyamətə qədər qardaşıq” deyə. İndi bu andlar “Qiyamətə qədər düşmənik” nidası ilə əvəzlənib və bu millətin bir Dədə Qorqudu yoxdur ki, balalarını ümumi hədəflər istiqamətində kökləsin.

Mən müsahibə gedə-gedə bu fikirlərlə qovrulurdum. Nəyin naminə? Niyə? Hamının bildiyi və artıq cavabların da hamıya aydın olduğu belə məqamlarda başqa nələr söylənə bilər ki?

“Elçibəy öldü, hər şey bitdi” deyir Fazil Mustafa. O qədərmi? O qədər asanmı? Bəlkə insanların sual dolu baxışlarını üzərində hiss edən və əbədi olaraq bu sualların hədəfində olmasının tamam ayrı səbəbləri var, amma məlum olan budur ki, yollar bir daha qovuşmamaq üzrə ayrılıb. Əbədi də demək olar. Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri elə bil AXC-nin bir-birini boğazlamağa hazır olan nəhəng yol adamlarına deyilib:

– Yenə o bağ olaydı,

Yenə yığışaraq Siz

O bağa köçəydiniz…

Onlar bir-birini ittiham edə-edə səflərini müəyyənləşdirdilər. İndi Elçibəyin bütün müavinləri deputatdır. Olmayan da bir zamanlar olub. Yenə Elçibəyin adı gündəmin birinci sırasındadır. İnkar edən də, ətəyindən tutan da Ondan danışır.

Həyat isə öz axarı ilə axıb gedir. Hər kəs etdiklərinin müqabilində cavab verir. İnsanları kiminsə nə qədər ağıllı olduğu, pulunun nə qədər çox olduğu, hansı vəzifədə olduğu maraqlandırmır. İnsanlar necə yaşayırsan, necə yaşadın – onunla daha çox maraqlanırlar.

Beləliklə, bütün bu qayğılara Oxucuların münasibəti necə olacaq, Fazil Mustafanın cavabları və bu cavablardakı səmimiyyət ölçüsü nə qədərdir, ona artıq biz qərar verə bilmərik. Buyurun…

“Qaynar Qazan” budəfəki qonağı, Böyük Quruluş Partiyasının Başqanı, deputat Fazil Mustafadır…

 

Əvəz Zeynallı

 

II hissə

DSC09847

I hissəni buradan oxuyun:

http://strateq.az/manshet/43849/elcib%C9%99yin-yolu-bizim-yolumuz-deyil.html (Fazil Mustafa Əvəz Zeynallı ilə “Qaynar Qazan”da: “Elçibəyin yolu bizim yolumuz deyil”)

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın