Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Cəmiyyət / “FACE STUDİO”NUN “EPİLİYASİYA ENDİRİMİ” FIRILDAĞI – 115 -in YARISI 75 EDİRMİ?

“FACE STUDİO”NUN “EPİLİYASİYA ENDİRİMİ” FIRILDAĞI – 115 -in YARISI 75 EDİRMİ?

Bakının bir neçə yerində filialları olan “Face studio”dakı endirim fırıldağı ilə bağlı Azinforum.az-a şikayət daxil olub. Hələlik adının çəkilməsini istəməyən şikayətçinin verdiyi məlumata görə,  əsasən  gözəllik salonu profili üzrə fəaliyyət göstərən “Face studio” da 14-18 fevral endirimi adı ilə vətəndaşları şirnikləşdirib onların “çibinə girirlər” :

“Bir neçə gündür ki, onlar bütün sosial şəbəkələr vasitəsilə geniş endirim kampaniyası ilə bağlı təbliğat aparırlar. Məğzi də budur ki, həmin tarixdə salonun epiliyasiya xidmətlərindən istifadə edənlərə 50 faizlik endirim ediləcək. Mən bu günə razılaşıb “Face studio”nun Tolstoy küçəsində olan filialına getdim.  

Prosesin sonunda məndən ayaq və qol altı epiliyasiyası üçün 75 manat istədilər. Endirim olmayan qiymətlərə baxanda isə gördüm ki, bu iki xidmətin qiyməti 115 manat edir. 95 manat- ayaqlar, 20 manat isə qol altı. Sadə riyazi hesablama aparanda  görürük ki, mənə göstərilən xidmətin 50 faiz endirimli qiyməti 57 manat 50 qəpik edir.

Deməli, məlum olur ki, “Face studio” yalnız 20 manatlıq xidmətlərini yarı qiymətə endirməklə, müştəriləri qızışdırıb özünə cəlb edir, ancaq endirimin bütün xudmətlərə şamil olunacağına dair vəd verir. Son nəticədə isə, müştəri aldandığını görür və hər şey gec olduğu səbəbindən heç nə edə bilmir. Mən qiymətin 50 faiz olduğunu zənn edərək ora müraciət etmişdim. Belə deyildisə, bu yalnışlığı mənə əvvəlcədən izah etməliydilər. Təəssüf ki, bunu etmədilər…

Etirazımı bildirsəm də,  fikir verən olmadı. Dedilər ki, hara istəyirsən şikayət et. Mən alil təhsilli bir şəxs kimi həmin studianın xidməti personalı arasında bizim dövlət dilimizdə danışan bir nəfərə də rast gəlmədim. Hətta  qeydiyyat masasında oturan xanım belə zənglərə rus dilində cavab verir.  Xahiş edirəm ki, “Face studio” rəhbərliyi bu özbaşınalığa əncam çəksin və məndən aldadılaraq alınan pulumu geri qaytarsın. Əks halda, daha səlahiyyətli qurumlara şikayət etməyə məcbur olacam”.

Azinforum.az olaraq biz deyilənlərə aydınlıq gətirmək üçün “Face studio”nun Tolstoy küçəsindəki filialı ilə  əlaqə saxladıq. Doğrudan da bizə rus dilində cavab verdilər. Qeydiyyatçı kimi özünü təqdim edən xanım bizə bildirdi ki, onlarda endirim var, ancaq 50 faizli deyil. Necə deyəllər, “Face studio” epiyasiya endirimi adı ilə vətəndaşların “damarına baxaraq qan alır”. 

Qeyd edək ki, bu məqalənin dərcindən sonra,  “Face studio” adından Rufət adlı şəxs bizimlə əlaqə saxlayaraq şikayəti edən adamın ünvanına təhqir səsləndirib: “O, kor 50 faizi harda görüb? Bizim kampaniyamızda konkret qiymətlər müəyyənləşib. Bu o demək deyil ki, bütün qiymətlər 50 faizə enir”.

Azinforum.az olaraq bildiririk ki, Bakıda kifayət qədər tanınan bir qurumu təmsil edən şəxsin  konkret vətəndaşın şikayəti əsasında hazırlanan bir məqaləyə bu şəkildə reaksiya verməsi hər şeydən əvvəl həmin qurumun reputasiyasına mənfi təsir edir. Göründüyü kimi, biz qarşı tərəf kimi “Face studio”nun da mövqeyinə yer veririk və daima yazdığımız məqalələrdə jurnalist obyektivliyini qotuyuruq. Təəccüb edirik ki, şəhərin ən mərkəzi hissələrində gözəllik salonları olan bir şirkətin adından danışan hansısa Rüfət bizi və şikayətçini təhqir edir. Ancaq bir faktı da deyək ki, “Face studio” nun əsas özəlliklərindən biri də orda çalışan qadın bərbərlərin çoxunun çavan oğlanlardan ibarət olmasıdır. Biz Rüfətin kim olduğunu bilmirik. Əgər həmin dəlləklərdən biridirsə, onu bağışlaya bilərik. Çünkü “Face studio” bilməlidir ki, ictimai əlaqələri qurmaq üçün onların daha peşəkar bir kadra ehtiyacları var…

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm”

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. …

Bir cavab yazın