Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Fəzail Ağamalının səhhətinin pisləşməsi xəbəri doğru deyil” – AVP

“Fəzail Ağamalının səhhətinin pisləşməsi xəbəri doğru deyil” – AVP

Azərbaycanın bəzi mətbuat orqanlarında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının səhhətinin pisləşməsi haqqında xəbərlər yayılıb.
Partiyanın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova Avropa.info-ya bildirib ki, yayılan məlumatlar doğru deyil və həqiqəti əks etdirmir.
T.İsmayılovanın sözlərinə görə, partiya sədri hazırda xarici ölkələrin birində istirahətdədir: “Fəzail müəllim yaxın günlərdə ölkəyə qayıdacaq və işinin başında olacaq”.
Partiya sədrinin telefonuna zəng çatmamasına aydınlıq gətirən T.İsmayılova deyib ki, Fəzail müəllim telefon nömrəsini dəyişib: “Həmin jurnalist Fəzail müəllimin əvvəlki telefon nömrəsinə zəng etdiyindən həmin nömrəyə zəng çatmayıb”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın