Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / Cəmiyyət / “Fəryad” filminin ikinci hissəsi çəkilir

“Fəryad” filminin ikinci hissəsi çəkilir

Məşhur kinorejissor Vaqif Mustafayevin “Fəryad 2” filmi istehsalata buraxılıb.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən xəbərə görə, filmin hazırlıq prosesi davam edir.

İkinci Qarabağ müharibəsinə həsr olunmuş filmin məkan çəkilişləri üçün Hadrut və Bakı şəhərində dekorasiyalar qurulur. Təxminən bir həftədən sonra filmin çəkilişləri başlanacaq və ilin sonuna qədər tamamlanacaq.

Ekran əsərinin ilin sonunda tamaşaçılara təqdim olunması nəzərdə tutulub.

Həmçinin oxuyun

“Sağ olun ki, quru sərhədləri açmadınız…“ – Azər Qərib

“Bir səyahət blogeri kimi quru sərhədlərin bağlı qalması məni narahat edirdi, turizmin inkişafına zərbə kimi …