Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Fərhad Mehdiyev “Sabah” qəzetinin iddialarına cavab verdi: ” Olduqça utanç vericidir”

Fərhad Mehdiyev “Sabah” qəzetinin iddialarına cavab verdi: ” Olduqça utanç vericidir”

Türkiyənin “Sabah” qəzeti beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev haqda sensasion iddia ilə çıxış edib. Tanınmış qəzetdə  adı çəkilən  bir nəfərə istinadən iddia edilir ki,  Fərhad Mehdiyev Azərbaycanda Gülən hərəkatına rəhbərlik edən şəxslərdən  biridir. Fərhad Mehdiyevin həmin yazıya reaksiyası özünü gözlətməyib. Professor öz  Feysbuq səhifəsində məsələyə aydınlıq gətirib. Azinforum.az Fərhad Mehdiyevin bu xüsusda olan fikirlərini təqdim edir:

“Türkiyənin “Sabah” qazetinin keyfiyyəti haqqında ağlımda bəzi şübhələr olsa da, bu qədər qeyri-ciddi qazet olduğunu təxmin etmirdim. İndi də Ümit Akdemir adlı bir şəxs icad ediblər və onun adından yazırlar ki, güya mən – gülməli olsa da – Türkiyədə yaşayıb Azərbaycanda Gülən hərəkətinə rəhbərlik edirəm. …Rəhbərlik … Xəbərin keyfiyyəti göz qabağında. Habelə bu tanımadığım Ümit Akdemir mənimlə bilinməyən zaman və məkanda yataqxanada qalıb və haqqımda çox məlumata sahibdir. Bu sayaqlamalar bir tərəfə, amma bu yazının başqa cəhətləri də adamı düşünməyə vadar edir.
Sabah qazeti bu uydurma və yalan xəbəri əlbətdə bir sifariş üzrə verir. Güya məni tanıyan və mənimlə görüşən bu Ümit Akdemir isimli şəxs Azərbaycanda yaşayıbsa, onun telefonu olub və əcaba mənim nömrəmdən heç ona zəng olunubmu? Bunu müəyyən etmək olduqça asandır. Xəbərin saxta olduğunu başqa hallardan da anlamaq mümkündür amma bu cür sifarişlər əcaba Türk Səfirliyindən mi gedir? Axı nə Sabah qazeti nə də hansısa Ümit Akdemirin məni tanıma imkanı yoxdur. Azərbaycanda mən kifayət qədər tanınan bir şəxs kimi, kimlərlə, hətta harda oturub durduğum ictimaiyyətimizə bəlli olan şeydir. Daha əvvəl eyni mənbə mənim heç vaxt olmadığım Pensilvaniyaya sıx sıx ziyarət etdiyim məlumatı da yollamışdı.
Bir dövlətin rəsmi nümayəndəliyi, bəlkə də öz XİN-in təzyiqi ilə bu cür qeyri-peşəkar məlumatları pressaya servis edərmi, buna inanmaq istəmirəm. Türk mətbuatında dəlilsiz və əsassız formada yürüdülən düşüncələr, artıq öz ölkələri xaricinə qədər də yaymağı cəhdinə mi keçilib? Ümid edirəm ki bu axmaq kampaniyanın arxasında sadəcə bu obyektivlikdən uzaq və qərəzli media qurumu dayanır və bunlar ölüm cəzasının geri gətirilib retroaktiv qaydada tətbiq olunması haqqında mülahizələr yürüdən AKP-nin göstərişləri əsasında deyildir. Türkiyə siyasətinin bu qədər cılızlaşmadığını ümid edirəm.
Unudulmamalıdır kə Türkiyə mənim dövlətim deyildir. Orada gedən prosesslər haqqında da səthi fikirlər bildirirəm. Bir elm adamı olaraq Türkiyənin mövcud hökümətinin kifayət qədər ciddi, elmi və dərin tənqidini apara bilərəm; amma bir daha qeyd edirəm ki Türkiyə siyasəti mənim üçün xarici bir dövlətin siyasətidir və bu məsələdə çox təhlillər aparsam təbii olmaz, çünki eyni zamanda türkoloq da deyiləm. Lakin Türkiyə höküməti və onun mediası, şəxsimi müxaliflər arasına qoymaqda və elə görməkdə qərarlıdırsa, onda bilsinlər ki, bir hüquq professoruna məxsus tərzdə və keyfiyyətdə düşüncələr və təhlillər – zaman zaman apara bilərəm; məsələn həftədə bir dəfə insan hüquqları pozuntuları, hüquqi dövlət prinsiplərinin çiynənməsi, avtoritarizim və totalitarlıq haqqında – varsa bu cür hallar – ictimaiyyəti aydınlatmaq mümkündür. 2 ədəd feysbuk profilimdə on minə yaxın izləyicim var və gələn həftədən Türkiyədə tətbiq olunan fövqəladə hallardan yazmağa başlaya bilərəm.

s

 

Çox şey yazmaq olar, amma bir daha qeyd edirəm ki,  mənim Türkiyə, ya da AKP-də  olan camaatlar kimi bir problemim yoxdur. Əvvəlcə dost olub sonra düşmənə çevrilən qruplarla aparılan kirli oyunlara öz vətəndaşlarınızı qatmağınız yetmədiyi kimi, bir də heç bir siyasi əxlaqa sığmayan, başqa ölkələri və onların da vətəndaşlarını qatmağınız olduqça utanç vericidir. Üstəlik bu kampaniya elm adamlarına qarşı aparılırsa bu cür halların ancaq 1937-ci illərin Stalin Rusiyasında aparıldığını, sonradan da tarix kitablarında lənətləndiyini yada salmaqda fayda var.
Azərbaycanda bu iftiracı yayım orqanının bir ofisi ya da nümayəndəliyini tapsam dərhal məhkəməyə verəcəm. Ayrıca mümkün olduğu təqdirdə, Azərbaycandan onun İP adreslərinə blok qoyulması haqqında iddianı da məhkəmədə qaldırmağı düşünürəm”.

Azinforum.az

Həmçinin oxuyun

“30 ilə yaxındır onlar bizim üçün darıxıb ki, bu insanlar harda qaldılar…”

“Məhəmməd Əsədovun yoxluğuna inanmıram. Hələ də gözləyirəm ki, o, nə vaxtsa gələcək. Və torpağının düşmən …

Bir cavab yazın