Çərşənbə , İyul 8 2020
Ana səhifə / Cəmiyyət / Fənn olimpiadalarının final turunun keçirilmə tarixi dəyişdirilib

Fənn olimpiadalarının final turunun keçirilmə tarixi dəyişdirilib

Biologiya, kimya və informatika fənləri üzrə respublika olimpiadalarının final turu 11 iyunda keçiriləcək.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Səbəb iyunun 7-də Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarının təşkili ilə əlaqədardır.

Bildirilib ki, bundan əvvəl iyunun 7-də kimya fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, biologiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, informatika fənni üzrə Bakı Mühəndislik Universitetində final turunun keçirilməsi nəzərdə tutulurdu. 

Qeyd edək ki, iyunun 5-də riyaziyyat fənni üzrə final turu Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, fizika fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, iyunun 9-da Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, coğrafiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, tarix fənni üzrə isə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında keçiriləcək. 

Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlayacaq. 

Fevral ayında keçirilmiş respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən, uğur qazanmış şagirdlər final turunda iştirak hüququ qazanıblar. İştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər nəzərə alınacaq və həyata keçiriləcək.

Həmçinin oxuyun

Azərbaycanda çəkdiyi yolları Türkiyədə yaparsa,”Polat Yol Yapı”-nın aqibəti necə olar? – İTTİHAM

Bildiyimiz kimi bu gün xarici ölkəkərin beynəlxal miqyasda kifayət qədər tanınan bir cox şirkətlərının Azərbaycanda …