Cümə , Fevral 23 2024
Ana səhifə / Cəmiyyət / Əziz Səncər AMEA-nın fəxri üzvü seçildi

Əziz Səncər AMEA-nın fəxri üzvü seçildi

Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən Ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi haqqında məsələyə də baxılıb.
AMEA-nın Kimya Elmlər Bölməsinin Ümumi yığıncağının vəsatətini nəzərə alaraq, AMEA-nın Ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı açıq səsvermə keçirilib.
Səsvermənin nəticələrinə əsasən, Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib.
Qeyd olunub ki, professor Əziz Səncərin müvafiq müraciətə cavab olaraq ünvanladığı 25 oktyabr 2023-cü il tarixli məktubda təklifə belə cavab verib:
“Məni vətənim bildiyim Azərbaycanın adını daşıyan Milli Elmlər Akademiyasının fəxri üzvlüyünə layiq görən bütün Akademiya üzvlərinə minnətdarlığımı bildirirəm. Akademiya rəhbərliyinin bu təklifini böyük məmnuniyyətlə qəbul edirəm. Azərbaycan hər zaman mənim qəlbimdədir. Bunu hər fürsətdə dilə gətirirəm. Türk dünyasının ayrılmaz parçası olan can Azərbaycanda elmin inkişafına əlimdən gələn dəstəyi göstərməyə hər zaman hazır olduğumu bilməyinizi istəyirəm. Bu vəsilə ilə Akademiyanın bütün kollektivinə gələcək fəaliyyətində uğurlar diləyirəm”.

Həmçinin oxuyun

“Xocalıya qayıdış” adlı sərgi təşkil edilib – İSBAM təşkilatçılığı ilə. (FOTOLAR)

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin İSBAM təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar …