Şənbə , May 25 2019
Ana səhifə / Cəmiyyət / Eynulla Fətullayev:  “Mən Rasim Musabəyovun keçmişi və indisi haqda bildiklərimin çox az qismini yazmışam”

Eynulla Fətullayev:  “Mən Rasim Musabəyovun keçmişi və indisi haqda bildiklərimin çox az qismini yazmışam”

Milli Məclisin üzvü Rasim Musabəyov jurnalist, virtualaz.org və haqqin.az saytlarının rəhbəri Eynulla Fətullayevin onun barəsində yazdığı müəllif yazısına olduqca qeyri-adekvat, əsəbi, hətta mafiya üslubunda cavab verib.

Virtualaz.org saytı xəbər verir ki, deputat jurnalistin onun siyasi keçmişinə nəzər salan və “Mən həmişə Əliyevə qarşı işləmişəm…” başlıqlı məqaləsinə cavab olaraq facebookda onu Elmar Hüseynov kimi qətlə yetirməyə çağırıb.

Bu ictimai-siyasi xadim, keçmiş müsavatçı, qərbmeylli liberal və deputat mandatı daşıyan şəxs jurnalistə qarşı küçə leksikonunu işə salıb və normal siyasi tənqidə tənqidlə cavab vermək əvəzinə özünün facebook səhifəsində onun ünvanına söyüşlər yağdırıb.

KQB sədrinin müavininin kürəkəni olan Musabəyov əsl Bakı bolşeviklərinin və Beriyanın üslubunda aşağıdakı sözləri yazıb: “Eynulla Fətullayev ölmək üçün yetişib. Əgər Elmar Hüseynovun ölümünə əksəriyyət kədərləndisə, Eynulla gəbərəndə bu alçağı tanıyan hər kəs deyəcək – itə it ölümü yaraşır”.

Deputatın bu qalmaqallı bəyanatına reaksiya verən Eynulla Fətullayev bildirib: “Nəhayət, həqiqət anı gəlib çatdı – bütün Azərbaycan Rasim Musabəyovun aşıb-daşan ziyalılığını gördü. Mənim məqaləmdə onun haqqında bir dənə də olsun təhqiramiz söz yox idi. Mən sadəcə olaraq ona güzgüyə baxmağa və öz keçmişinə nəzər salmağa kömək etmişəm. Və inanın ki, mən bu adamın keçmişi və indisi haqda bildiklərimin çox az qismini yazmışam. Onun təhdidlərinə və məni öldürmək çağırışlarına gəldikdə isə deyə bilərəm ki, bu yaşlı və aciz adamın halına acıyıram. Arqumentlər bitəndə insanlar silah gücünə əl atır. Musabəyov heç nəyə etiraz edə bilmədi-axı səni qəbrə qədər izləyəcək keçmişinə necə etiraz edəsən. Öz səhvlərini etiraf etmək və elədiklərinə görə səmimi şəkildə üzr istəmək heç vaxt gec deyil. Allah bağışlayandır”.

Qeyd edək ki, Cinayət Məcəlləsində qətllə təhdid etmək və ya qətlə təhrik etmək konkret cinayət əməli kimi qiymətləndirilir. Deputat Rasim Musabəyov özünün facebook səhifəsində Eynulla Fətullayevi açıq-aşkar ölümlə təhdid edib və onun yazılarından narazı qalanları jurnalisti qətlə yetirmək üçün təhrik edib. Maraqlıdır ki, bu cür leksikona və düşüncəyə, təfəkkürə malik biri özünü necə xalqın təmsilçisi kimi təqdim edə bilir?!

Həmçinin oxuyun

Qarabağ qazisi: Markaryanın azərbaycanlı qohum-əqrəbası…

Gorbagor Qurqen Markaryanın Azərbaycandakı qohum-əqrəbası fəallaşıb yenə. Bu sözləri Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu …

Bir cavab yazın