Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Cəmiyyət / EY SEVGİLİ BAYRAĞIM – ŞƏMSİ VƏFADAR

EY SEVGİLİ BAYRAĞIM – ŞƏMSİ VƏFADAR

 

 

 

 

 

 

 

 

 

 

 

 

Neçə–neçə şəhidin qanından yoğrulmusan,
Bütün aləm bilir ki, sən haqdan doğrulmusan,
İllərin atəşinə dözmüsən, qovrulmusan,
Üstündəki ay–ulduz yolumdakı çırağım.
Ey sevgili bayrağım…

*******

Sən harda dalğalansan ora nura bələnər,
Səni hara taxsalar ora uğur ələnər,
Sən olduğun yerlərə nur, bərəkət çilənər,
Sənə yaraşıq verir elim, obam, torpağım.
Ey sevgili bayrağım…

*******

Dünyada ən qiymətli qızılımsan, dürümsən,
Sən mənim qibləgahım, sən mənim and yerimsən,
Sənə səcdə edirəm, ocağımsan, pirimsən,
Sən harda varsan ora mənim yurdum, oylağım.
Ey sevgili bayrağım…

*******

Arzum budur dalğalan hər şəhərdə, hər kənddə,
Təbrizdə, Zəngəzurda, Borçalıda, Dərbənddə,
Qarabağda, Şuşada, Xocalıda, Xankənddə,
Dəyməsin torpağıma bir düşmən ayağı.
Ey sevgili bayrağım…

*******

Əgər qurbanın olsam onda xoşbəxt olaram,
Əgər kəfənim olsan yeri cənnət olaram,
Mən səni enən görsəm saralaram, solaram
Gəlir ellər, obalar səcdənə axın–axın.
Ey sevgili bayrağım…

*******

Mən bilirəm ki, səni vəsf etmək çox çətindi,
Səni yenilməz edən ölməyən qüdrətindi,
Sən harda dalğalansan ora bu millətindi,
Zirvələrdə ucal sən, qoy yayılsın sorağın.
Ey sevgili bayrağım…

Şəmsi Vəfadar

Həmçinin oxuyun

Bəhram Bağırzadə Bakının qədim kəndi haqda: “Özümü Avropa şəhərində hiss etdim” – Fotolar

Əməkdar artisti Bəhram Bağırzadə Bakının qədim kəndlərindən biri olan Bibiheybətdə olub. Əməkdar artist kənddə gördüyü …

Bir cavab yazın