Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / ETBAR MƏMMƏDOVUN OĞLU AMİP-Ə SƏDR GƏTİRİLİR

ETBAR MƏMMƏDOVUN OĞLU AMİP-Ə SƏDR GƏTİRİLİR

Azinforum.az-ın əldə etiyi məlumata görə, hazırda Azərbaycanın ən klassik siyasi partiyalarından biri olan – Millli İstiqlal Partiyasında ciddi gərginlik müşahidə olunur. Bunun səbəbi AMİP-in sabiq sədri Yusif Bağırzadənin ən həlledici bir məqamda partiyanı  başsız qoyub qaçmasıdır.  Partiyanın elitası təcili olaraq AMİP-ə sədr seçilməsini tələb edir. Hətta Siyai Şuranın ən tanınmış üzləri artıq sədrliyə namizədlərini də təqdim ediblər.  Klassik AMİP-çilər bu posta partiyanın lideri Etibar Məmmədovun oğlu Ayxan Etibaroğlunun namizədliyini irəli sürmək istəyirlər. Etibar Məmmədovun və partiyanın bir qrup üzvünün bu təyinata qarşı çıxdığı deyilir.

Etibar Məmmədovun bu etirazı imitasiya xarakteri daşıya da bilər. Bu faktorun özü AMİP-in demokratik ənənələrdən uzaq düşdüyünə, siyasi qurumun daxilində monarxik meyillərin artmasına əyani sübutdur.

Qeyd edək ki, Ayxan Etibaroğlu hazırda  AMİP-in gənclər təşkilatına rəhbərlik edir.

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

 

 

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın