Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Ermənistandakı yezidi kürdlərin lideri: “Qarabağda 500 yezidi kürdü döyüşüb”

Ermənistandakı yezidi kürdlərin lideri: “Qarabağda 500 yezidi kürdü döyüşüb”

Ermənistanda yaşayan yezidi kürdlərinin lideri Azərbayacan əleyhinə bəyanat verib. Lacin.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, Əziz Tamoyan Dağlıq Qarabağda dekabrın 19-da öldürülmüş PKK terrorçusunu müdafiə edərək bildirib ki, öldürlən əsgər terrorçu deyil, Ermənistanda yaşayan kürdlərdən biridir:

“Son vaxtlar Azərbaycan mətbuatı Ermənistan –Azərbaycan sərhəddində öldürülən yezidi kürdü olan əsgəri PKK terrorçusu kimi təqdim edərək öz xeyirlərinə istifadə edirlər. Bildirmək istəyirəm ki, Ermənistanda digər azsaylı xalqalarla yanaşı, 60 min yezidi kudu yaşayır və onların hüquqları qanunla qorunur. Kürd və Erməni xalqları qardaşdılar, onları bir birlərinə tarixi tellər bağlayır”.
Əziz Tamoyan Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən döyüşən yezidi kürdlər haqqında da danışıb: “Qeyd etmək istəyirəm ki, Qarabağ müharibəsi zamanı erməni qardaşlarımızla yanaşı, 500 nəfərdən ibarət yezidi kürdü də döyüşürdü. Ermənistanın tam hüquqlu vətəndaşları kimi, bu gün də gənc yezidlər Erməni xalqının mənafeyini və sərhədlərini qoruyurlar”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın