Ana səhifə / Cəmiyyət / ERMƏNİSTAN YARALI ƏSGƏRLƏRƏ PUL XƏRCLƏMİR

ERMƏNİSTAN YARALI ƏSGƏRLƏRƏ PUL XƏRCLƏMİR

Son vaxtlar Ermənistan mətbuatında tez-tez işğalçı erməni ordusunun itkiləri və Sarkisyan rejiminin əsgər ölümlərinin gizlətməsi barədə xəbərləri tez-tez müşahidə edirik.

TİA.AZ xəbər verir ki, Ermənistandakı müxalifətyönümlü media qurumları Serj Sarkisyanı əsgər ölümləri yanaşı hətta yaralıların dəqiq sayını belə ictimaiyyətdən gizlətdiyini yazır. Erməni mediası Ermənistan prezidentini yaralanan əsgərlərin sonrakı taleyi ilə maraqlanmamaqda da ittiham edir.

Beləki, hərbi xidmət zamanı xəsarət alan erməni əsgərlərinin çoxu müalicə ala bilmir. Ermənistanın “Aykakan Jamanak” qəzetinin yazdığı xəbərə görə, hərbi xidmət zamanı keçmiş əsgər Vazqen Ayrapetyan yol qəzasına düşüb və əməliyyat olunub. Lakin onun təkrar əməliyyata ehtiyacı var. Əsgərin atası Vaqram Ayrapetyan qəzetin müxbirinə bildirib ki, oğlu 15 avqust 2016-cı ildə Ermənistanın Sünik vilayətində parad məşqində iştirak etmək üçün əsgər yoldaşları ilə birlikdə İrəvana yollanıb. Növbəti məşq günü qəza baş verib və Ayrapetyan xəsarət alıb. Əsgər xəstəxanaya çatdırılıb. O, omba və boyun sınığı diaqnozu ilə əməliyyat olunub. Xəstənin bud snahiyəsinə mil qoyulub. Lakin həkimlər bildiriblər ki, mili 4 ay keçdikdən sonra dəyişmək lazımdır.

Ata oğlunun vəziyyətini bu cür ifadə edir: “Artıq 6 ay keçib, lakin təkrar əməliyyat üçün əlillik qrupu lazımdır. Bu proses əməlli – başlı baş ağrısına çevrilib və əslində qeyri-mümkün görünür. Təsəvvür edə bilməzsiniz ki, xəstəxanada nə baş verir. Burdan- qərargaha, qərargahdan-bura. Heç kim məlumat vermir ki, sonrakı proseslər necə olacaq. Vazqen otura və uzana bilmir. O, sonsuza kimi qoltuq ağacının köməkliyi ilə ayağını sürüyə bilməyəcək”.

Vaqram Ayrapetyan oğlunun vəziyyəti ilə bağlı Ermənistanın Müdafiə Nazirliyinə və Ombudsmana müraciət edib. Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovanisyan qəzetə bildirib ki, müraciət qeydiyyatdan keçib, qurum bu müraciətlərlə məşğul olur və problem mütləq həll olunacaq. İkinci əməliyyatın indiyə kimi olmaması ilə əlaqədar Hovanisyan deyib ki, bu tibbi sualdir və mütəxəssislər bunu məqsədəuyğun hesab etmirlər. İnsan hüquqları ofisindən isə bildiriblər ki, bu problemin həlli onların qurumuna aid deyil.

Vaqram Ayrapetyanın sözlərinə görə, oğlunun əməliyyatı üçün dövlət tibb müəssisəsinə 205 dollar ödəyir. Lakin əməliyyatın məbləği 825-1235 dollar civarındadır: “Buna görə, əməliyyat rədd olunub. Onlar gözləyir ki, məbləği mən ödəyim”.

Bu, Ermənistanın yaralı əsgərlərin sonrakı taleyi ilə maraqlanmaması barədə ilk və ya tək fakt deyil. Demək olar ki, hər gün erməni mətbuatında yüzlərlə əsgərin düşdüyü acınacaqlı vəziyyəti əks etdirən yazılara rast gələ bilərsiz.

Bütün bu faktlar onu göstərir ki, Serj Sarkisyan rejimi erməni diasporu və onun himayədarlarının topladığı pulu orduya deyil, şəxsi məqsədləri üçün sərf edir.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın