Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Ermənistan tərəfə keçən şəxs ruhi xəstədir – RƏSMİ

Ermənistan tərəfə keçən şəxs ruhi xəstədir – RƏSMİ

Dövlət Sərhəd Xidməti Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumatlara münasibət bildirib.

DSX-dan verilən məlumata görə, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb:

“Həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub. Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olunub. Hal-hazırda araşdırma işləri davam edir”. 

Həmçinin oxuyun

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi – Video

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından …