Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / “Ermənilərin gözünün içinə baxıb “Nə oldu Paşinyan” deyəcəyik”

“Ermənilərin gözünün içinə baxıb “Nə oldu Paşinyan” deyəcəyik”

“Cənab prezidentimizi, sevimli prezidentimizi doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. O prezident ki, böyük bir tarix yazdı. Heç bir sərkərdə 44 gün ərzində xalqına bu böyüklüyündə qələbə  qazandıra bilməzdi, onu yalnız cənab prezidentimiz İlham Əliyev etdi. İndi artıq quruculuq vaxtıdır, mən inanıram ki, çox keçməyəcək  bütün rayonlarımızda, şəhərlərimizdə yenidənqurma işlərinə başlanılacaq. Bunu əlbəttə ki, siz edəcəksiz, cənab prezident”.

Bunu Xalq artisti Fərhad Bədəlbəyli cənab prezidentin doğum günündə Moderator.az-a danışarkən deyib. Xalq artisti daha sonra əlavə edib.

“Hər gün yerli telekanalların Şuşadan hazırladığı reportajlara baxıram, ürəyim dağa dönür. Müəyyən səbəblərə görə hələ ki, gedə bilmirik, amma ürəyimiz ordadır. Prezidentimiz hamıya sübut etdi ki, Azərbaycan böyük bir ölkədir. Bundan sonra dünyanın harasına getsək orada qalib ölkənin vətəndaşı, musiqiçisi kimi çıxış edəcəyik. Bəzən xarici ölkələrdə mənfur düşmənimiz ermənilərlə üz-üzə gələndə başımız aşağı olurdu. İndi isə onların gözlərinə baxa-baxa deyəcəyik ki, “Nə oldu Paşinyan, qalib gəldi Azərbaycan” (gülür). Cənab prezidentin bu sözləri artıq Azərbaycanın brendi olub” – deyə Xalq artisti bildirib.

Həmçinin oxuyun

Məktəblər ikinci yarımilin əvvəlində açılacaqmı? – AÇIQLAMA

Bu gün təhsil prosesində təmsil olunan hər kəsi məktəblərdə və universitetlərdə ənənəvi təhsil formasının sərt …