Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəmiyyət / Ermənilər Azərbaycan dağlarında dağ turizmini inkişaf etdirməyə çalışır…

Ermənilər Azərbaycan dağlarında dağ turizmini inkişaf etdirməyə çalışır…

Bu gün -11 dekabr –ümumdünya Dağlar günüdür. Təəssüf ki, Azərbaycanın həm tarixi, həm də hüquqi ərazilərindəki dağların xeyli hissəsi işğal altındadır, o cümlədən Qarabağ dağlarının… Murov, Dəlidağ, Qırxqız, Kirs, Hoçaz, Sarıbaba, İşıqlı və s. zirvələrimizə nə əlimiz çatır, nə ünümüz yetir… Amma düşmənlər o dağlarda böyük layihələr həyata keçirə bilməsələr də, ən azı, havasını udur, suyunu içir, meyvəsini-tərəvəzini yeyir, heyvanlarını, quşlarını ovlayır…

Moderator.az-ın bu gün əldə etdiyi məlumata görə,  separatçı- terrorçu erməni rejimi əllərində olan  torpaqlarımızda dağ turizminin inkişafı üçün  tədbirlər planı hazırlayıb.  Bunu jurnalistlərə rejimin “gənclər, idman və turuzm nazirliyi” hesab edilən saxta qurumun  turuzm şöbəsinin rəhbəri söyləyib.

Bizim rəsmi qurumlar deyəcək ki, yalandı, dezinformasiyadı, ermənilərin pulu var ki, nəsə bir iş görələr. Amma, təkrar edirik, düşmənlərin, ən azı, o dağlarda, o torpaqlarda nəfəs alıb gəzməsi ürəyimizə dağlar çəkir…

Həmçinin oxuyun

ATU-nun daha bir əməkdaşı rektordan şikayətçidir

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Akif Süleymanovla bağlı “Hürriyyət”də dərc olunan “ATU-da baş verən qanunsuzluqlar …