Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Cəmiyyət / Er­mə­nis­tan­da Qars və Mosk­va mü­qa­vi­lə­lə­ri­nin ləğ­vi­nə da­ha bir uğur­suz cəhd kam­pa­ni­ya­sı…

Er­mə­nis­tan­da Qars və Mosk­va mü­qa­vi­lə­lə­ri­nin ləğ­vi­nə da­ha bir uğur­suz cəhd kam­pa­ni­ya­sı…

Bu gün­lər­də sər­səm id­dia­la­rı ilə gün­də­mə gə­lən is­te­fa­da olan er­mə­ni ge­ne­ra­lı No­rat Ter-Qri­qor­yans in­di də si­ya­si bə­ya­nat­lar ver­mək­lə Er­mə­nis­ta­na “yol xə­ri­tə­si” cız­maq fik­ri­nə dü­şüb.

Er­mə­ni ge­ne­ral bil­di­rib ki, Er­mə­nis­tan Azər­bay­can­la heç bir da­nı­şıq apar­ma­ma­lı­dır: “Biz bü­tün da­nı­şıq­la­rı Ru­si­ya Fe­de­ra­si­ya­sı ilə apar­ma­lı­yıq. Çün­ki on­la­rın tə­rə­fin­dən 1921-ci il­də im­za­la­nan “Qars” və “Mosk­va” mü­qa­vi­lə­lə­ri Er­mə­nis­tan Res­pub­li­ka­sı­nın məh­vi ilə nə­ti­cə­lə­nib. Bu sə­bəb­dən də Ru­si­ya­dan tə­ləb et­mə­li­yik ki, hər iki mü­qa­vi­lə­ni ləğv et­sin”.

Qeyd edək ki, bun­dan əv­vəl­ki açıq­la­ma­sın­da er­mə­ni ge­ne­ral öl­kə­si­nin atom si­la­hı əl­də et­mə­si­ni zə­ru­ri say­dı­ğı­nı bə­yan edib.

Er­mə­ni ge­ne­ra­lı­nın et­di­yi tək­lif be­lə bir sua­lı or­ta­ya çı­xa­rır: Tür­ki­yə və Azər­bay­ca­nın iş­ti­ra­kı ol­ma­dan “Qars” və “Mosk­va” mü­qa­vi­lə­lə­ri­nin ləğ­vi müm­kün­dür­mü?

Ta­rix üz­rə fəl­sə­fə dok­to­ru Mə­hər­rəm Zül­fü­qar­lı “Baki-Xəbər”ə açıq­la­ma­sın­da bil­dir­di ki, sö­zü­ge­dən mü­qa­vi­lə­lər ta­ri­xi əhə­miy­yət da­şı­yır: “Er­mə­ni ge­ne­ra­lı­nın bu tip açıq­la­ma­sı sırf təx­ri­bat üçün he­sab­la­nıb. İs­tə­yir ki, Ru­si­ya-Tür­ki­yə, Ru­si­ya-Azər­bay­can mü­na­si­bət­lə­ri­nə xə­ləl gə­tir­sin. Hə­min mü­qa­vi­lə­lər­də Tür­ki­yə tə­rəf ki­mi ta­nı­nıb və söh­bət Azər­bay­ca­nın əra­zi­si olan Nax­çı­van­dan ge­dir. Bu mü­qa­vi­lə­lər­lə bağ­lı is­tə­ni­lən mü­za­ki­rə­də Azər­bay­can və Tür­ki­yə tə­rəf ki­mi iş­ti­rak et­mə­li­dir. Ha­zır­kı dö­nəm­də Ru­si­ya üçün da­ha qlo­bal mə­sə­lə­lə­rin həl­li ma­raq­lı­dır. Han­sı­sa sər­səm er­mə­ni ge­ne­ra­lı­nın tək­li­fi öl­kə­lər ara­sın­da zid­diy­yət­li ad­dım­la­rın atıl­ma­sı­na gə­ti­rib çı­xa­ra bil­məz. Er­mə­nis­ta­nın möv­cud­lu­ğu hə­min ge­ne­ra­lı na­ra­hat edir­sə, ta­ri­xə də­qiq bax­sın. Əmi­nəm ki, bun­dan son­ra o, ək­si­nə, Ru­si­ya­ya tə­şək­kür et­miş olar. Çün­ki heç dən bir öl­kə­nin qu­rul­ma­sı­nı on­la­ra Ru­si­ya bəxş et­miş ol­du. Ta­rix­də Er­mə­nis­tan ad­lı bir öl­kə ol­ma­yıb. Bu­na gö­rə də onun han­sı­sa mü­qa­vi­lə şər­ti­nə gö­rə zə­rər çək­di­yi­nin id­dia olun­ma­sı ta­ma­mi­lə ab­surd­dur. Hə­min er­mə­ni ge­ne­ra­lı çox yaş­la­nıb. Əmi­nəm ki, psi­xi­ka­sı ye­rin­də de­yil. Be­lə ol­ma­say­dı, nor­mal açıq­la­ma­lar ve­rər­di. Bun­dan əv­vəl Er­mə­nis­ta­nın atom si­la­hı əl­də et­mə­si­nin va­cib­li­yin­dən da­nı­şıb. Nor­mal dü­şün­cə­də olan hərb­çi be­lə id­dia irə­li sü­rə bi­lər­mi? Bu adam öz sə­nə­ti­nə aid mə­sə­lə­də be­lə di­le­tant ya­naş­ma or­ta­ya qo­yur­sa, onun  ta­rix­dən nə də­rə­cə­də bi­lik­li ol­du­ğu­nu mü­za­ki­rə et­mə­yə yer qal­mır. He­sab edi­rəm ki, bu, qey­ri-cid­di, heç bir ta­ri­xi əsas­la­ra söy­kən­mə­yən bir tə­ləb­dir. Ona da cid­di ya­naş­maq la­zım de­yil”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Eldar Sabiroğlu oğlundan imtina edib – FOTO

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib.  Bu barədə …

Bir cavab yazın