Çərşənbə , İyul 17 2019
Ana səhifə / Cəmiyyət / Emin Hüseynovla Xədicə İsmayılın davası böyüdü; söhbətə yeni isimlər qarışdı

Emin Hüseynovla Xədicə İsmayılın davası böyüdü; söhbətə yeni isimlər qarışdı

Üzeyir Məmmədli: “Onun kimi oğruları müdafiə etməyin”; Emin Hüseynov: “Yazının altından dediyin sözü əsaslandıracaq sübut yaz”
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynovla jurnalist Xədicə İsmayıl arasında ötən həftədən başlayan və hələ də virtual aləmdə davam edən mübahisənin detalları barədə yazmışdıq. Aradan keçən günlər ərzində mübahisə böyüyüb, ona yeni simalar qoşulub və “rəngi dəyişib”.

Musavat.com xəbər verir ki, E.Hüseynov mübahisənin yeni təfərrüatları barədə bunları yazıb: “Həzərat, bir daha salam. 40 gün keçmədi ki, digər müdafiə etdiyim şəxs, sabiq siyası məhbus, BDU-nun hüquqşünas diplomunun sahibi, eşitdiyimə görə, bu gün də hüquqşünas kimi fəaliyyət göstərməyə başlayan və çalışan Üzeyir Məmmədli diskussiyanı açmağımdan bir gün sonra öz facebook səhifəsində yazır: ”Emin Hüseynovun statusunu və şərhləri oxudum. Belə yerdə atalar məsəli yada düşür: oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Bir də şərhlərdə çox hörmət etdiyim insanlar tərəfindən belə şeyləri facebookda yazmayın, ikiniz də dəyərlisiz tipli şərhlər yazılıb. Dostlar, xahiş edirəm, Emin Hüseynov kimi oğruları müdafiə etməyin. Emin Hüseynovla bağlı məsələ bir çox insanlar tərəfindən bilinirdi, sadəcə, heç kim ictimai şəkildə bu barədə yazmırdı. İndi özü bu məsələni ictimailəşdirməklə hamıya mövqe qoymaq üçün imkan yaradıb”.

E.Hüseynov Ü.Məmmədlinin bu statusunu paylaşandan sonra ona sualla müraciət edib: “Deyirsən ki, mən oğruyam və bunu bir çox insanların bildiyini yazırsan. Əgər sən bir çox bildiyin insanları – İzolda Ağayevanı, Aytən Fərhadovanı və ya Aynur Elgünəşi bilirsənsə, özün də onlar kimi şər-böhtançısan. Başqa adamlar da varsa, get onlardan yenidən soruş və yazının altından dediyin sözü əsaslandıracaq sübut yaz. Üzümə böhtan atan üç nəfər adını çəkdiyim xanım jurnalistdən sənin fərqin odur ki, sən hüquqşünassan. Amma yazdığın uydurma böhtandan görünür ki, sən girdirmə hüquqşünassan. Çünki əsl hüquqşünas başqasının günahını sübuta yetirməmiş onu cinayətkar adlandırmaz. Sən isə nəinki sənə və səninlə birlikdə tutulmuş NİDA-çılara göstərdiyim dəstəyi xaincəsinə unutdun. Sən yersiz-yersiz kiməsə yaltaqlanmaq üçün mənə şər-böhtan atdın”.

E.Hüseynov xatırladıb ki, Ü.Məmmədlini həbs olunmazdan əvvəl də var gücü ilə müdafiə edib. Deyib ki, əgər nə vaxtsa başına belə haqsızlıq gəlsə, yenə müdafiə edəcək: “Tutulmamışdan əvvəl son günlərdən birini də yadına salım. Bütün qapılar üzünüzə bağlananda gecə yarı gəldiz mənim ofisimə. Mətbuata brifinq keçirmək üçün yer verdim sizə. Başqa yerlərə getmişdiniz. O cümlədən aparıcı müxalifət partiyalarının ofislərində də qapılar üzünüzə bağlı oldu. Heç kəs sizə məndən başqa yaxın durmadı. Ola bilsin unudubsan bunu. Amma mən sənin kimi qısa yaddaşlı adamların bu cür məsələləri yadına salacam ehtiyac gəldikdə. Sən və sənin kimi özlərindən və dünyadan küsən adamlar artıq məni təəccübləndirmir. Mən bu naşükürlükləri son on ildə çox görməsəm də, amma görmüşəm. O zaman da, bu gün də işimi açıqcasına davam edirəm”.

“Yeni Müsavat” xatırladır ki, tərəflər arasında mübahisənin yaranmasına səbəb X.İsmayılın E.Hüseynovla bağlı bəzi iradlarıdır. Xanım jurnalist bu barədə mübahisənin gedişində E.Hüseynova müraciətlə aşağıdakıları yazıb: “Xaricdə oturub, burda əziyyət çəkənlərin hesabına pul qazanmaq istəyinə yardımçı olmaq istəmirəm. Xüsusilə də bu qazancı əldə etmək üçün bütün təşkilatlara yerli hüquq müdafiəçiləri, ölkədə qalıb, əziyyətlərə qatlaşanlar haqqında böhtan donosları yazmağından sonra. Sizin orda nə davanız var, bilmirəm, amma o davanın insan haqları ilə heç bir əlaqəsi yoxdur. Bundan artıq deyib, özümün də, camaatın da ürəyini bulandırmaq istəmirəm. Sənə dedim, məni rahat burax. Nə qədər ki, ölkədəydin, əziyyətlərə qatlaşırdın, sənin bütün əyər-əskiyinə dözürdük. İndi daha nə qədər çalışsan da dissidentə oxşamırsan. Zənglərinə cavab verməyəndə bir şeyi yaddan çıxarmışdım. Onu da indi edim, səhifəni blok edim ki, daha belə postlarla məni narahat etməyəsən”.

Həmçinin oxuyun

“Qır-qızıla pul vermədik, gəlinliyi Sumqayıtdan seçdik” – Fotolar+ Video

“Atam fəhlədir. Onunla işini dəyişməklə bağlı nə qədər mübahisə etsək də, fikrindən dönmür. Deyir ki, …

Bir cavab yazın