Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Cəmiyyət / Emin Əmrullayev birinci siniflərə yerləşdirilən şagirdlərin sayını AÇIQLANDI

Emin Əmrullayev birinci siniflərə yerləşdirilən şagirdlərin sayını AÇIQLANDI

“Bu gün birinci siniflərə qəbul prosesinə start verildi. Prosesin daha çevik və şəffaf təşkili məqsədilə dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul elektron sistem vasitəsilə həyata keçirilir”.

Bu barədə təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədəki paylaşımında deyilir.

Nazir bildirib ki, keçən tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərdən 94 min nəfəri artıq I sinfə birbaşa yerləşdirilib:

“Bütün valideynlər və qanuni nümayəndələr uşaqları sərbəst şəkildə www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Qəbulla bağlı hər hansı çətinliklə qarşılaşdıqda qeyd olunmuş “whatsapp” hesablarına və yerlərdə (Bakı şəhəri daxil olmaqla) fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz”.

Həmçinin oxuyun

Konstitusiya Məhkəməsindən mühüm qərar

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Ombudsmanın sorğusu əsasında Cinayət Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələrinin Konstitusiyanın …