Ana səhifə / Cəmiyyət / “Əməliyyat üçün 25 min dollar lazımdır” – Allahverdi Yolçuyev

“Əməliyyat üçün 25 min dollar lazımdır” – Allahverdi Yolçuyev

“Sənət adamı, aktyor üçün təqaüdə çıxmaq olmamalıdır. Həmin adam səhnədən alqışlarla yola salınmalıdır”. 

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev “Zaurla Günaydın” proqramında deyib. O, sənət adamlarının təqaüdə göndərilməsini tənqid edib. 

Parkinson xəstəliyindən əziyyət çəkən A.Yolçuyev “Müayinə edilir, 2 ildir həkim nəzarətindəyəm. İnkişafın qarşısı alınır. Birdəfəlik müalicəsi yoxdur. Amma Almaniyada əməliyyat olunmaq olur. Beynə çip yerləşdirirlər, qiyməti 50 min dollardır. Amma Türkiyədən bir professor gəlmişdi, 25 min dollar istədi. O da çıxdı getdi”.

Aparıcı Zaur Baxşəliyev isə Azərbaycanda bu əməliyyatı edən  həkim olduğunu, aktyoru reklam qarşılığında əməliyyat etdirmək istədiyini söyləyib.

Həmçinin oxuyun

Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb

Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya …