Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Cəmiyyət / “Elzanın müalicəyə ehtiyacı var“ – Rasim Balayev

“Elzanın müalicəyə ehtiyacı var“ – Rasim Balayev

“Elzada təqsir yoxdur. Təqsir onu efirlərə çıxaranlardadır. Yadımdadır ki, o vaxt biz şeir deyəndə ciddi nəzarət olunurdu. O vaxt elə idi. Hətta o vaxt bizim senzuradan xoşumuz gəlmirdi. Deyirdik ki, nəzarət var… Efirə çıxan şeirləri redaktorlar yoxlayırdılar ki, bu, efirə çıxar, ya yox… Seyid Əzim Şirvaninin həcvləri var, mənə veriblər, oxumuşam. Seyid Əzim kimi böyük şair bu şeirləri həcv kimi yazıb. O vaxt o həcvlər belə efirə çıxarıla bilməzdi. Dediyim odur ki, hər şeyi efirə çıxarmaq olmaz”.

Bu sözləri Xalq artisti Rasim Balayev Əməkdar artist Elza Syidcahanın şeirlərinə münasibət bildirərkən deyib. Rasim Balayev Publika.az-a açıqlamasında qeyd edib ki, Elzanı qınamaq doğru deyil: “Bəlkə də onun müalicəyə ehtiyacı var. Onu efirə buraxanlar nə qazanırlar, bilmirəm, onu gülünc vəziyyyətə salırlar. O, şeir oxuyanda hamı gülür. Hətta “Bu şəhərdə”nin aktyoru Rafael bir verilişdə dedi ki, bizə bax, biz də oturub buna qulaq asırıq. “Quqquluqu, muqquluqu”… ilə insanların zövqlərini korlayırlar. Belə şey olmaz, ayıbdır, vallah ayıbdır. Bilirsən, mənə ən çox pis təsir edən nə oldu?

Həmçinin oxuyun

Emin Şirinova yüksək vəzifə verildi — ƏMR

Polis mayoru Emin Şirinov Goranboy Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavinə vəzifəsinə təyin olunub. …