Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Elşad İskəndərov Prezidentə təşəkkürünü bildirdi – FOTOLAR

Elşad İskəndərov Prezidentə təşəkkürünü bildirdi – FOTOLAR

İslam Konfransı Gənclər Forumunun (İKGF) səlahiyyət müddəti başa çatan prezidenti, səfir Elşad İskəndərov vida mesajı yayıb. Təşkilatın rəsmi facebook hesabında yayılan məlumatda Forumun təsisçi baş katibi və 2014-cü ilin payızından sədri postunu tutan E.İskəndərovun uğurlu fəaliyyəti və səlahiyyət müddəti başa çatması münasibəti ilə bir sira İƏT üzv ölkələri və qurumlarının ali mükafatları ilə təltif olunub.

Təşkilatın qurulması və inkişafında xidmətlərinə, həmçinin İƏT ölkələri gənclərinin inkişafı və həmrəyliyin güclənməsi sahəsində uğurlu fəaliyyətinə görə və sədrlik müddətinin bitməsi ilə əlaqədar azərbaycanlı diplomat Qətərin “Mədəniyyətlərin inkişafında xidmətlərinə görə, Şeyx Təmim medalı”, İSESCO-nun fərqlənmə medalı, İndoneziya, Fələstin və İran hökumətlərinin təşəkkürnamə diplomları, Tatarıstanın fəxri diplomu və eləcə də bir sıra ölkələrin qiymətli hədiyyələri ilə təltif edilib.

E.İskəndərov yaydığı yazılı açıqlamasında fəaliyyətini qiymətləndirən dövlət və təşkilatlara minnətdarlıq edib. Bu təşkilatın qurulması və inkişafına verdiyi dəstəyə görə Azərbaycan dövlət başçısına təşəkkürünü ifadə edib.

Sitat: “Bu illər ərzində Forumun təşkil olunmasına, Azərbaycan nümayəndəsi kimi Forumun rəhbərliyindəki fəaliyyətlərimə verdiyi dəstək və göstərdiyi qayğı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildiririəm. Eyni zamanda, Forumun dünyada Azərbaycan həqiqətlərini təbliğ edən və mədəniyyətlərarası dialoqu tərənnüm edən mühüm layihələrinə dəstəyinə görə Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya bütün İƏGF adından minnətdarlıq ifadə etmək istərdim”.

E.İskəndərov qeyd edib ki, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə qurulmuş İKGF fəaliyyət göstərdiyi 14 il ərzində İslam Əməkdaşlqı Təşkilatı məkanında nüfuzlu və mədəniyyətlərarası dialoq sahəsində etibarlı tərəfdaş məqamına yüksəlib.

Xatırladaq ki, İKGF 2004-cü il 1-3 dekabr tarixlərində Azərbaycan hökumətinin təşəbbüsü ilə Bakıda keçirilən Baş Assambleyada təsis olunub. Qurumun təsisçisi və əsas dəstəkçisi də rəsmi Bakı olub. Ötən 14 ildə “İƏT Gənclik Pyaytaxtları”, “İƏT Modeli”, “İƏT Gənc İş Adamları Şəbəkəsi”, “Xocalıya Ədalət” kampaniyaları kimi mühüm və səmərəli layihələrin təşəbbüskarı və icraçısı bu qurum olub.

Bu ilin oktyabrında İstanbulda İKGF-nin 3-cü Baş Assambleyası keçirilib. Bu toplantıda təşkilata yeni sədr və İdarə Heyəti seçilib, eləcə də Avrasiya ölkələrində fəaliyyətini əlaqələndirən Bakı regional ofisinin də səlahiyyətləri xeyli genişləndirilib.

Musavat.com

Həmçinin oxuyun

Rövşən Rzayevi o əvəz edəcək… – İDDİA

Etibarlı mənbələrdən gundelik-baku.com-a verilən məlumata görə Mahir Abbaszadə QAÇQINKOM-a sədr keçməyə hazırlaşır və olduqca iddialıdır.Hətta …