Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / ELNUR BAİMOV ÖLKƏDƏN NİYƏ QAÇIB?

ELNUR BAİMOV ÖLKƏDƏN NİYƏ QAÇIB?

Yeni medianın tanınmış menecerlərindən olan Elnur Baimov ölkədən gedib.

Axar.az xəbər verir ki, 42 yaşlı menecer ailəsi ilə birgə artıq xeyli müddətdir ABŞ-da yaşayır.

Baimovun Azərbaycanda olan biznesini də ABŞ-a köçürdüyü bildirilir, ancaq iddiaya görə, media layihələrinə dolayısı nəzarəti əlində saxlayır.

Elnur Baimovun artıq ABŞ-da yeni biznesə başladığı da vurğulanır. Onun yaşamağı seçdiyi ölkədə də media işi ilə məşğul olacağı bildirilir.

Elnur Baimov kimdir?

Elnur Şahbaz oğlu Baimov 1974-cü ildə Bakıda riyaziyyatçı ailəsində anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr və hüquq fakültəsini bitirib.

1998-ci ildə İngiltərənin Bristol Universitetində təhsilini davam etdirən Baimov 2002-ci ilə qədər ABŞ, İngiltərə və Rusiyanın bir sıra şirkətlərində çalışıb.

O, 2002-ci ildə “Mbask” şirkətində inzibati işlər üzrə direktor, 2003-2009-cu illərdə “Day.az” xəbər portalının baş redaktoru vəzifəsində çalışıb.

Baimov 2013-cü ilə qədər Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanlova məxsus media qurumlarına nəzarət edib. E.Aslanovun kurasiyasında olan saytlar – “Gun.az” və ingilisdilli “Nyus.az” saytları Elnur Baimovun adına rəsmi qeydiyyatda olub. Daha sonra bir çox rusdilli və azərbaycandilli saytları yaradan Baimov o dönəmlərdə nurçu şəbəkəsi üçün təbliğatlar aparması ilə diqqəti çəkib. Lakin 2014-cü ildə E.Aslanov vəzifəsindən azad edildikdən sonra Baimov da təbliğat aparatlarından uzaqlaşdırılıb.

Xatırladaq ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra Azərbaycanda da Fətullahçı terror təşkilatına (FETÖ) cinayət işi açılıb. Bu qruplaşma ilə əlaqəli olduğu güman edilən bəzi şəxslər isə ölkəni tərk edib.

Azinforum.az xəbər verir ki, Elnur Baimov həm də,  nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə seçilib. Onun xüsusilə Ziya Məmmədovun oğlu Anar Məmmədovla bir sıra  müştərək layihələləri kerçəkləşdirdiyi bildirilir. Ziya Məmmədovun aktiv təbliğatını aparan və birbaşa onun maliyəsilə ərsəyə gələn media layihələrinin də, Elnur Baimovun xeyir-duası ilə ərsəyə gəldiyi, bəzilərinin  isə hazırda da onun məsləhətilə fəaliyyət göstərdiyi haqda  məlumatlar var.  Elnur Baimovun buraxdığı ən kobud səhvlərdən biri ölkəmizdə keçirilən Avropa Oyunları zamanı olub. Həmin vaxt Atletlər Kəndində əcnəbi  idmançıların qəzaya düşməsi anını xarici media kanalları məhz ona məxsus olan youtube kanalına istinadən tirajlamışdı. Həmin hadisədən sonra Elnur Baimovun qara günlərinin başalndığı bildirir. Elnur Baimovun mühacirət kimi məhz ABŞ seçməsi də, çox diqqətçəkəndi.

Rövşən ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın