Ana səhifə / Cəmiyyət / Elnur Aslanov Riqada 1 milyon dollara mənzil alıb – İDDİA

Elnur Aslanov Riqada 1 milyon dollara mənzil alıb – İDDİA

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri Elnur Aslanov Latviyanın paytaxtı Riqada 1 milyon dollara mənzil alıb.

Bu barədə virtualaz.org saytına Elnur Aslanova yaxın şəxslər məlumat verib.

İnformasiyaya görə, Elnur Aslanov Latviya vətəndaşlığı alaraq Azərbaycandan birdəfəlik köçüb getməyə hazırlaşır.

Xatırladaq ki, E.Aslanov uzun illər ərzində Prezident Administrasiyasında (PA) işləyib. O, PA-nın siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri idi. Sonradan E.Aslanov nurçular sektası ilə sıx əlaqələrdə ittiham olunaraq PA-dakı vəzifəsindən azad edildi. Mətbuatda E.Aslanovun məmur ikən korrupsiyaya qurşanmasını sübut edən çoxsaylı araşdırma yazıları dərc olunub. Halbuki E.Aslanov PA-da işləyərkən 2 min manata yaxın maaş alıb.

İndiyə qədər öz gəlir bəyannaməsini açıqlamayan E.Aslanov keçmiş deputat Rəbiyyət Aslanovanın oğludur.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın