Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Elnur Aslanov Rabitə Nazirliyindən çıxarıldı

Elnur Aslanov Rabitə Nazirliyindən çıxarıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi aparılıb. Modern.az xəbər verir ki, Elnur Aslanov nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

Nazirliyin mətbuat xidməti də məlumatı təsdiqləyib. Bildirilib ki, Elnur Aslanovun özü işdən çıxmaq haqqında ərizə yazıb və o, həmin ərizə əsasında vəzifədən azad edilib.

O da qeyd edilib ki, Elnur Aslanov hətta beynəlxal şirkətlərdən birinə işə gedib.

Qeyd edək ki, Elnur Aslanov bundan əvvəl (2007-2014-cü illərdə) Prezident Administrasiyası Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki,Elnur Aslanovun adı Türkiyədə terrorçu elan edilmiş “Hizmət” hərəkatının rəhbəri Fətullah Gülənə yaxın adamlar sırasında hallandırılandan sonra Prezidentinin Administrasiyasındakı vəzifəsindən uzaqlaşdırılmışdı.

Bir müddət əvvəl isə media onun “fətullahçılar”ın (FETÖ) lideri Fətullah Gülənə yazdığı məktubu üzə çıxararaq yaymışdı.

Amma Elnur Aslanovun özü Fətullah Gülənlə bağlılığı barədə iddiaları təkzib edib.

E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludu

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın