Cümə , Noyabr 22 2019
Ana səhifə / Cəmiyyət / Elmlər Akademiyasından ANS-ə ETİRAZ: “İnana bilmirəm ki, Mirşahin belə cəfəngiyyat yaza”

Elmlər Akademiyasından ANS-ə ETİRAZ: “İnana bilmirəm ki, Mirşahin belə cəfəngiyyat yaza”

ANS Teleradio Şirkətinin kollektivi prezident İlham Əliyevə müraciət edib. Müraciətdə ANS-in yenidən bərpa olunması ilə bağlı məsələlər qeyd olunub.

Həmçinin o da vurğulanıb ki, hal-hazırda oturduqları ofislə bağlı problem yaşanır. Müraciətdə qeyd olunan hissəni təqdim edirik.
“Bu gün ANS-in fəaliyyət göstərdiyi ofisin qapısı möhürlənib. Yarım ildən artıqdır ki, biz öz əmlakımıza toxunmaq imkanından məhrum edilmişik. Bu əmlakın hər birini biz özümüz almışıq, bir qəpik kredit belə almadan. Qazancımızı bu sahəyə qoyub Azərbaycana ən müasir texnikalar və texnologiyalar gətirmişik. Bizə bildirirlər ki, iş gedir, araşdırma aparılır və s. Amma bu işin nə vaxt bitəcəyini demirlər. Bir yandan bizə öz əmlakımızın tozunu belə silmək üçün içəri daxil olmağı qadağan edirlər, bir yandan da yerləşdiyimiz binanın sahibi, Elmlər Akademiyası ən qısa müddətdə buranı boşaltmağı tələb edir, işığımızı, qazımızı kəsirlər. Sığındığımız bir-iki otaqdan çıxarılmağımız üçün, az qala, mühasirə şəraiti yaradırlar ki, dözməyək və buranı tərk edək. Necə tərk edək? Niyə tərk edək?”

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az-a açıqlama verib. O bildirib ki, ANS-lə 25 il qonşuluq şəraitində yaşayıblar.
“ ANS-çilər heç zaman bunu inkar edə bilməz. ANS bizdə icarədar ola-ola, sanki bu yerlərin sahibi onlar olub. Biz həyətimizə girəndə onlardan icazə almışıq. Hər zaman ANS-lə qarşılıqlı hörmət şəraitində olmuşuq. Məsələ burasındadır ki, ötən ilin oktyabr ayının birindən ANS-lə bağlanmış icarə müqaviləsi ləğv edilib. ANS-in tutduğu ərazinin təxminən 30%-ni möhürləyiblər. Amma o biri yerlər ANS-dədir. Eyni zamanda, bu yerlərin sahibi biz deyilik. Bu yerlərin sahibi Dövlət Məsələləri üzrə Əmlak Komitəsidir”.
İnstitutun direktoru, belə bir məktubun yazıldığına inana bilmədiyini də vurğulayıb.

“İnana bilmirəm ki, Mirşahin Ağayev kimi savadlı, miqyaslı ziyalı adam belə cəfəngiyyatlar yaza. ANS indiyə qədər orada qalır və heç kəs ANS-ə söz demir. Qapı bağlamaqdan isə söhbət belə gedə bilməz. Gedin, görün onların hansı qazı, işığı, suyu kəsilib. İnstitutun direktoru olaraq məsuliyyətlə deyirəm ki, o məlumatların heç biri doğru deyil, cəfəngiyyatdır. ANS-in nə qazı, nə də işığı kəsilib. ANS burda kef edir. İcarə haqqı ödəmir.

Maşınlarını burada saxlayırlar. Məsələn, bir misal çəkim. Tutaq ki, mənzilinizin otaqlarından birini mənə kirayə vermisiniz. Bilmirəm, düz etmişəm, yoxsa yox, haqqımda cinayət işi açılıb. Siz gəlib mənə deməlisiniz ki, “ay qardaş, artıq müqavilən bitib. Çıx get”. Biz isə ANS-ə bunu demirik. Ləğv edilmiş bir təşkilata demirik ki, “icarə müqavilən bitib, çıx get”.

Həmçinin oxuyun

Dadaş Dadaşlinskidən Elxan Məmmədova atmaca – VİDEO

İctimai Televiziyada yayımlanan 3D verilişində maraqlı fikirlər səslənib. Hər dəfə gündəm mövzulara toxunan Dadaş Dadaşlinski …

Bir cavab yazın