Ana səhifə / Cəmiyyət / Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: – “Bəsdirin də, biz min dənə məktub yazırıq”

Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: – “Bəsdirin də, biz min dənə məktub yazırıq”


Sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə 2018-ci ilin 30 iyun tarixində oğlu Həbib Axundovun adının hallandığı 8 milyonluq dələduzluq işi ilə əlaqədar olduğu iddia edilən “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli məktub barədə yayılan xəbərlərə aydınlıq gətirib.

E.Axundova Pravda.az-a açıqlamasında məktubda yazılanlar barədə bunları deyib: “Bəsdirin də, qurtarın bu işləri. Əşi, nə məktub yazmışam? Mən artıq pensiyaya çıxmışam. Qoyun, oturaq işləyək. Hansı məktubu yazmışam? Hə? Biz min dənə məktub yazırıq. Dəhşət. Off, mənim heç o məktub yadımda deyil. Yazırlar, yazsınlar. Heç nə deməyəcəyəm, nə deyə bilərəm? Onlar hər şey edə bilərlər. Bəlkə, özləri yazıb “qol” çəkiblər?”

Qeyd: Məktubu “Musavat.com” saytı yayıb.

Həmçinin oxuyun

“Aygün Bəylərin ev-muzeyinə ehtiyac yoxdur” – Cavanşir Quliyev

“Əməkdar artist Aygün Bəylərin ev-muzeyinə ehtiyac yoxdur”. Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar …