Cümə axşamı , Fevral 25 2021
Ana səhifə / Cəmiyyət / Elmir Mirzəyev “Güllələnmiş heykəllər”in Şuşaya geri qaytarılması haqda: “İnamırdıq ki, bu ola bilər… “

Elmir Mirzəyev “Güllələnmiş heykəllər”in Şuşaya geri qaytarılması haqda: “İnamırdıq ki, bu ola bilər… “

Xəbər verdiyimiz kimi Şuşanın işğalı zamanı zədələnmiş və Bakıya gətirilmiş 3 dahi şəxsiyyətin heykəli Şuşaya qaytarılıb.

Beləliklə, İllərdir “Güllələnmiş heykəllər” adlandırılan Üzeyir bəy Hacıbəyovun, Bülbülün və Natəvanın güllələnmiş heykəlləri  Azərbaycan Prezidenti İlham Əliyevlə ailəsinin Şuşaya səfəri ərəfəsində doğma yurduna geri qaytarılıb.

Azərbaycan xalqı, tanınmış incəsənət və mədəniyyət xadimləri, ziyalılar bu hadisəni böyük rəğbətlə qarşılayıb.

Hazırda Berlində yaşayan Azərbaycanın tanınmış bəstəkarı və kulturoloqu Elmir Mirzəyev bu barədə sosial şəbəkədə yazıb:

“Üzeyir bəyin gülllələnmiş büstü Şuşada!

İlk dəfə bu büstü (eyni zamanda Natəvan və Bülbülü də gətirmişdilər) 27 il əvvəl, 1994-cü ilin mayında Filarmoniya ilə üzbəüz, R.Mustafayev adına muzeyin həyətində görmüşdüm, onda lap gənc bir insandım.

O zaman bu gorüntünün mənə necə bir təsir bağışladığını ifadə etmək mümkünsüzdür, necə ki, indi də heç bir söz kar etməz. Qısaca bu günləri gördüyümüz üçün bir daha qeyd edim ki, möcüzəyə inanın, möcüzələr olur!”

Elmir Mirzəyev daha sonra 1994-cü ildə yaşadığı həmin günü belə xatırlayıb:

“O zaman R.Mustafayev adına muzeyin həyətində kiçik bir mitinq idi, insanlar yığışmışdı. Həmin vaxt Üzeyir bəy Hacıbəyov adına olan konservatoriyanı hələ bitirməmişdim. Rektorumuz Fərhad Bədəlbəyli də həmin mitinqə gəldi. İlk öncə Üzeyir bəyin büstünü öpdü, gözləri yaşardı, heç bir şey danışa bilmədi. Orada dedilər ki, bu büstləri gürcülərin vasitəsilə böyük çabalarla ermənilərdən alıb Bakıya gətiriblər.

İllər keçəndən sonra insanın inanmağı gəlmirdi ki, bir daha bu geridönmə ola bilər. Amma oldu, şükürlər, təşəkkürlər hamıya! “

Musavat.com

Həmçinin oxuyun

Metronun fəaliyyəti 1 günlük bərpa edilir?- AÇIQLAMA

Fevralın 23-də axşam saatlarından başlayaraq, yağan qar Bakıda nəqliyyatı iflic edib. Şəhərdə yollar buz bağlayıb, …